Yuxarı

“TV-dən qonorar istədim, amma...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“TV-dən qonorar istədim, amma...”

Axar.az-ın "Keçmiş davamedici zaman" layihəsinin budəfəki qonaqları xalq artistləri Alim Qasımov, İlhamə Quliyeva və Bilal Əliyev, sualı isə belədir:

"Gənclik illərində verilişlərdə iştirak etdiyinizə görə qonorar alırdınızmı?"

Xalq artisti Alim Qasımov Sovet vaxtı efirə qonorar müqabilində çıxdığını bildirdi:

"Sovet vaxtı hər dəfə efirə çıxanda minimum 7 manat qonorar alırdıq. Amma indi efirə təmənnasız çıxırıq. Bir dəfə telekanallardan birinə bununla bağlı müraciət etdim. Bildirdim ki, qonorar ayırsınlar, lakin gördüm, məndən incidilər və birtəhər baxmağa başladılar. Ondan sonra bu mövzuda heç bir kanala müraciət etmədim".

Xalq artisti İlhamə Quliyeva müxtəlif məbləğlərdə qonorar aldığını xatırlayır:

"Bəli, o vaxtlar biz efirə çıxmağın qarşılığında qonorar alırdıq. Müxtəlif məbləğdə – 6, 9, 14 manat qonorar almışam. Aldığımız ən yüksək qonorar 16 manat idi. İndi isə belə şey yoxdur. Amma mən bundan narazı deyiləm, çünki xalqıma xidmət edirəm".

Xalq artisti Bilal Əliyev hazırda efirə qonorarsız çıxdığını deyir:

"Doğrusu, indi bizə qonorar yazılması halı ilə qarşılaşmamışam. Hər bir sənətçi kimi mən də istəyərdim ki, efirə sərf etdiyim vaxt üçün qonorar yazılsın. Çünki mən bu sənəti qazanmaq üçün zəhmət çəkmişəm. Amma təəssüf ki, indi televiziyalardan bunu istəyə bilmirik".

Qeyd edək ki, efirə dəvət edilən qonaqlara qonorar verilməsi sistemi dünyanın əksər ölkəsində tətbiq edilib. Türkiyədə isə dəvət və intervülərə görə qonorar tələb edən ilk sənətçi Barış Manço olub.

Tarix
2016.01.14 / 08:45
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla