Yuxarı

Məhmət Tələt: Soyuducu ustalığından prezidentliyə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quzey Kıbrıs Türk Cümhuriyyəti, Ag dənizin üçüncü ən böyük adası. Bizlərin "Yavru Vətən"i. Bəs, bu Yavru Vətəndən nə bilirik, onu necə tanıyırıq?

Kıbrısın Azərbaycan üçün maraqlı ola biləcəyini nəzərə alaraq, yeni bir proyektə başlamaq qərarına gəldik. Proyekt çərçivəsində sizləri Kıbrısın gəzməli, görməli yerlərinə götürəcək, tarixi abidlərini incələyəcək, tanınmış siyasi xadimlər, elm adamları, iş adamları ilə tanış edəcəyik.

İlk müsahibim Kıbrısın ikinci cümhurbaşqanı Məhmət Əli Tələtdir. Onu təsadüfən seçmədim. 2006-cı ildə Kıbrısda yaşamağa başladığımda o, cumhurbaşqanı idi. Mən Kıbrısı onunla birlikdə tanıdım.

Kıbrıs siyasətinin önəmli siyasi xadimlərindən birini daha yaxından tanımaq sırası indi sizdə.

Azərbaycanlı ailənin evində qonaq qalırdım

- Müsahibəyə başlamadan öncə Azərbaycanla bağlı çox gözəl ifadələr işlətdiniz. Mən də təbii olaraq ilk sualımı Azərbaycanla bağlı vermək istəyirəm. Məhmət Əli Tələt Azərbaycanı nə qədər tanıyır?

- Azərbaycanı çox yaxşı tanıyıram. Bu günədək, səhv etmirəmsə, beş dəfə Azərbaycanda olmuşam, müxtəlif tədbirlərdə iştirak etmişəm. İlk dəfə 1994 və 1995-ci illərdə Təhsil və Mədəniyyət naziri olaraq səfər etdim. İkinci səfərim Azərbaycanda prezdent seçkiləri dövrünə təsadüf etdi. Beynəlxalq Demokratiya İnstutunun təmsilcisi olaraq seçkiləri müşahidə etmək üçün seçilmiş Monitorinq Qrupunun tərkibində Azərbaycana getdim. Hakimiyyət nümayəndələri və müxalifət partiyaları ilə çoxsaylı görüşlərdə iştirak etdim. Qacqınların yerləşdiyi çadır düşərgələrində oldum, onları ziyarət etdim. Seçkiləri sadəcə paytaxtda deyil, həm də kəndlərdə müşahidə etmək imkanı mənə xalqın yaşam tərzini daha yaxından incələmək imkanı verdi. O zaman azərbaycanlı bir ailənin evində qonaq qalırdım. Evin sahibi coğrafiya müəllimi idi və bizim sürücülüyümüzü edirdi. Onu çox yaxşı bir insan olaraq xatırlayıram. Azərbaycan yaşamını yerində gördüm və yaşadım deyə bilərəm. Çox ilginc təcrübə oldu mənim üçün. Sonra cümhurbaşqanı olaraq yenə müxtəlif səfərlərim oldu. Türk Dövlətlərinin Bakıda keçirilən toplantılarına qatıldım. Son olaraq Azərbaycan Diaspor Komitəsinin dəvətiylə oraya getdim.

- Azərbaycanla bağlı "çox ilginc şeylər yaşadım" deyimini konkretləşdirə bilərsinizmi?

- İlk getdiyim illərdə, 1996-1998-ci illərdə Azərbaycanda iqtisadi durum çox pis idi. Sonrakı səfərlərimdə Azərbaycanda böyük bir inkişaf gördüm. Xüsusilə, son səfərlərimdə bunu insanların yaşamında hiss etdim. Təbii, Azərbaycan basqa bir dünyadan kapitalist dünyasına keçdi. Buna görə çox fərqlər var. Anlayış fərqliliyi, davranış fərqliliyi olması normaldır. Diqqətimi çəkən məqamlardan birini anlatmaq istəyirəm. Mən müşahidəçi kimi seçki məntqəsinə girdim, "kimdir sizin başçınız" deyə soruşdum. Biri çıxdı, özünü təqdim etdi. Ona bəzi şeylər soruşmağa başladım, mənə "sən kimsən" deyə soruşan olmadı və hesab verməyə başladılar. Bu mənim diqqətimi çəkdi. İllərcə Sovet hakimiyyətində yaşadıqları üçün insanlar birdən-birə idarəetmədən azad ola bilməmişdilər və bir xof var idi. Ancaq onu deyə bilərəm ki, Azərbaycan xalqı çox istiqanlı xalqdır. Xüsusilə, kənd insanları çox qonaqpərvərdirlər. Azərbaycanın dolmasını çox sevdim. Bütün yeməklərdə süfrədə mütləq kiçik dolmaların olması diqqətimi çəkdi. Dadı çox gözəl idi.

- Qaçqın çadırlarında oldunuz . Savaşı yaşayan biri olaraq nələr hiss etdiniz?

- Bu səfər mənə Qarabağ problemini daha yaxından öyrənməyə vadar etdi. Biz kibrıslı türklər qaçqınlığın nə olduğu çox yaxşı bilirik. Onların nə qədər acı yaşadığını təxmin etmək çətin deyil. Cünki eyni şeyi biz də yaşadıq. 1964 və 1974-cü illər Kibrıs xalqı bənzər problemlə üz-üzəydi. Buna görə qacqınları anlamaq mənimüçün heç də çətin deyildi. Təbii ki, çox üzüldüm. İnşallah, qısa zamanda problem çözülər və o insanlar öz yurdlarına dönərlər.

Kimdir Məhmət Əli Tələt?

- Siz Azərbaycanı necə tanıdığınızı anlatdınız. Bəs, Azərbaycan xalqı Mehmet Əli Tələti necə tanısın? Kimdir Məhmət Əli Tələt?

- 1952-ci ildə Girnədə anadan olmuşam. 62 yaşım var. Səxsən qaçqınlıq həyatı yaşamamışam, ancaq savaş dönəmində çox çətinliklərlə üzləşdim. Qorxulu günlər keçirdim. Məktəbimizi bağladıqları üçün Lefkoşaya məktəbə gəlmək zorunda qaldım. Yol uzaq olduğu üçün aylarla valideynlərimdən ayrı yaşadım. Zaman-zaman evlərimizi tərk etmək məcburiyyətində qaldıq. Girnə yunanların nəzarətində olduğu üçün savaşın bütün çətiniklərini gördük. Girnədə yaşamaq və eyni zamanda özünü güvəndə hiss etmək və sağ qalmaq çox-çox çətin idi. Hər an hr şey ola bilər qorxusuyla yaşadıq. Gənclik illərim Türkiyədə kecdi. Ankara Orta Doğu Texnik Universitetində elektrik mühəndisliyi bölümündə oxudum. 1977-ci ildə magistiratura təhsilimi tamamladıqdan sonra Kıprısa döndüm. İlk zamanlar bəzi iş yerlərində çalışdım və sonra öz dükanımı açdım. Soyuducu, kondisioner cihazlarının təmiri, satışı və qurulmasıyla məşğul olmağa başladım. 1994-cü ildə Cümhüriyyətçi Xalq Partiyası seçkilərdə 3-cü partiya oldu və koalisiyan hökumətə daxil oldu. Məni də 1 yanvar 1994-cü ildə nazir təyin etdilər. Dükanımı o gecə bağlayaraq, ertəsi gün aktiv siyasətə qatıldım. Sonra nazir postunda olarkən CXP-nin sədri seçildim. 2003-cü il seçkilərində partiyamız seçkiləri birinci partiya olaraq qazandıqdan sonra hökuməti mən qurdum və Baş nazir oldum. 2005-ci il seckilərində isə cümhurbaşqanı seçildim.

Bizim evə usta nadir hallarda gəlir

- Məhmət Əli Tələt yaxşı ustaydı?

- Çox yaxşı bir ustaydım. Bu gün belə o zamankı müştərilərim mənim çox yaxşı usta olduğumu söyləyirlər. İndi də təmir işləriylə məşğul oluram, ancaq evdə. Bizim evə usta nadir hallarda gəlir. Bildiyim bütün işləri özüm eləyirəm.

- Yaxşı bir usta olan Məhmət Əli Tələt yaxşı bir cümhürbaşqanı ola bildimi?

- Ən azından pis olmadığımı deyə bilərəm (gülür). Bunu xalq daha yaxşı bilir, təbii. Ancaq əlimdən gələn hər şeyi elədiyimə inanıram. Vicdanım rahatdır və gecələri rahat yata bilirəm.

- Kıbrıs xalqı ən zor bir dönəmdə sizi yüksək səslə cümhurbaşqanı seçdi. Eyni xalq nədən ikinci dönəmdə sizi yüzdə 43 səslə kənarda qoydu?

- O zaman Kıbrıs xalqının bütün istəyi Kıbrıs probleminin çözümü idi və məndən bunun üçün çalışmağımı, savaşmağımı istəyirdi. Mən bunun üçün seçildim. Böyük bir həyəcan var idi. Kibrıs xalqı məni çözümün lideri olaraq görürdü. Ancaq o zaman Kıbrıs Rum tərəfinin liderləri anlaşmaya yaxın durmadılar. Xalqın ümidləri qırıldı. Xalq artıq "bu ölkədə çözüm olmaz" deməyə başladı. Belə olunca da çözümün liderinə ehtiyac qalmadı. Psixoloji olaraq kimsə buna ehtiyac hiss etmədi. Xalq bezdi və Ulusal Birlik Partiyasının lideri Dərviş Əroğlu bundan çox gözəl bir şəkildə istifadə edərək seçildi. Çözümün lideri getdi, çözümsüzlüyün lideri gəldi. Zamanın tələbi bu idi.

- Bu günlərdə keçmiş Kıbrısın yunan lideri Dimitri Xristofyas "Tələt olsaydı, sorunu həll edərdik",- dedi. Sizcə, artıq gec deyildimi?

- Gec idi təbii. Mən o zaman da görüşlərimizdə bunu dilə gətirdim. Mən getdikdən sonra yerimə gələn cümhurbaşqanı ilə hər şeyi başdan başlayacaqlarını anlatdım. Ancaq olmadı. İndi belə acıqlamaların verilməsi normaldır.

Əroğlu heç bir halda o lider deyil

- Dərviş Əroğlu ilə Kıbrıs sorununda bir çözüm olacağına inanmırsınız...

- Bu günlərdə, açığı, bir çözüm olacağına ümidim yoxdur. Dərviş Əroğlu acıq və net bir siyasət yürütmür. Bu gün başqa, ertəsi gün fəqli davranır. Təbii ki, belə olunca bir sonuc gözləmək əbəs olardı. Ancaq önəmli bir şey söyləmək istəyirəm. Kıbrıs sorununun həll olunmasına ancaq türk tərəfinin ehtiyacı var. Yunan tərəfinin buna ehtiyacı yoxdur. Buna görə çox çalışması, yunan tərəfini zorla problemi həll etməyə vadar etməsi gərəkən bizik. Bunun üçün bütün missiyanı sorunun çözülməsinə həsr edən, can-başla çalışan bir liderə ehtiyac var ki, bu gün o lider yoxdur. Əroğlu heç bir halda o lider deyil. "Bu sorunu çözəcək tək lider mənəm" də demirəm. Belə bir liderə ehtiyac var və o liderin sorunu çözə biləcəyinə inanıram. Xalq çözüm istəyir. Son aparılan araşdırmalar Kıbrıs xalqının çözumu dəstəklədiyini göztərmkdədir. Ancaq yürüdülən siyasət bu gün o qədər də ürəkaçan deyil.

- 2014-cü il həm də Annan Planı üçün keçirilən referendumun 10-cu ilidönümüdür. Geriyə dönüb baxdığınızda nə düşünürsünüz? Bu planın bu günə qədər hazırlanmış ən yaxşı plan olduğunu söyləmək olarmı?

- Bu bir həqiqətdir ki, Kıbrıs sorununun çözümü hər kecən il daha da çətinləşir. Annan Planına qədər bir çox təklif olmuşdu. Ancaq bu təkliflərin heç biri tam əhatəli deyildi. Yeni fəaliyyətə başlayacaq bir dövlət üçün o təkliflərdə heç bir şey nəzərdə tutulmurdu. Ancaq Annan Planı gerçəkdən bir plan idi və həyata keçirmək mümkün idi. İçində 3 konstitusiya və dövlətin işləməsi üçün 114 qanun var idi. Məncə, bu günə qədər hazırlanmış ən yaxşı plan deyildi, ancaq yaxşı plan saya bilərik. Təbii ki, daha yaxşı bir plan ola bilərdi. Bir şey də demək istəyirəm. Mən cümhurbaşqanı olduğum zamanlarda Kıbrısın yunan lideri Dmitri Xristofyasla "İdarəçilik və Güc Birliyi" başlığı altında razılaşdığımız maddələr Annan Planından daha yaxşı idi. Ancaq yenə deyirəm, o zaman çözüm olsaydı, bu gün daha yaxşı vəziyyətdə ola bilərdik.

- Sizcə, bu gün nə eləmək lazımdır?

- Bir an öncə müzakirlər başlamalı və Kıbrısın yunan tərəfinin istədiyi "Ortaq Mətn" hazırlanmalıdır. Və bunu iki lider etməlidir. Çözülmə olursa, bu gün yaşanan problemlərin ortadan qalxacağına inanıram.

- 2015-ci ildə cümhurbaşqanlığı seçkilərində namizəd olacaqsınız?

- Xalqın məni bu vəzifəyə gətirmək istədiyini anlasam, bu istəyi hiss etsəm, namizədliyimi verəcəm. Ancaq əksinə olarsa, namizəd olmağı düşünmürəm. Hələ zaman var. İndi əsas məsələ çözümü dəstəkləməkdir. Çözüm üçün əlimdən gələn dəstəyi verməyə hazıram.

- Bir az siyasətdən kənara çıxmaq istəyirəm. İkinci cümhurbaşqanı Məhmət Əli Tələt boş zamanlarında nə edir?

- Texnikaya çox diqqət ayırıram və onunla məşğul olmağı sevirəm. Telefon, tablet və s. texnoloji alətləri öyrənirəm və öyrəndiklərimi tətbiq edirəm. Pulum olduqca, xaricdən cihazlar gətirdirəm və onları incləyirəm, istifadə etməyə çalışıram. Bitki yetişdirirəm. Son zamanlar tropik bitkilərə marağım artıb. Onların toxumlarını xaricdən gətirərək yetişdirməyə çalışıram.

Əvvəlki kimi kitab oxuya bilmirəm

- "Texnologiya həyatımızı bizdən alır" fikrini qəbul edirsiniz?

- Təbii, həm də çox böyük bir ölçüdə bu belədir. Zamanımı buraya çox sərf edirəm. Etmək istədiyim çox şeyi eləyə bilmirəm. Məsələn, əvvəlki kimi kitab oxuyammıram. Doğrudur, kitab oxuyaraq öyrənəcəyim şeyləri internetdən daha tez öyrənə bilirəm. Hətta çox daha artığını öyrənirəm. Ancaq roman oxumağın dadına ala bilmirəm.

- Özünüzü internet asılısı sayırsınız?

- Texnologiya asılısı sayıram.

- İnsan bəzən özüylə dərdləşməyə ehtiyac duyur. Siz özünüzlə dərdləşirsiniz?

- Dərdləşməyi çox da sevmirəm. Ancaq keçmişdə bəzi xətalarımı görə bilirəm. Bir az tələsik qərarlar verdiyim anlar olub. "Bir daha bunları etmərəm" dediyim olur öz-özümə.

- Ətrafınızdakı insanların fikinə önəm verirsinizmiz?

- Çox önəm verirəm. Onlar bunu hiss etməsələr belə, mən bunu edirəm.

- Məhmət Əli Tələt necə bir həyat yoldaşı, necə bir atadır?

- Çox yaxşı olduğumu düşünmürəm. Ancaq cox da pis deyiləm.

Bu bir kapitalist oyunudur

- Sonuncu dəfə həyat yoldaşınıza nə zaman hədiyyə almısınız?

- Hədiyyə almağı sevmirəm. Sevgililər günü, Analar günü kimi anlayışları qəbul etmirəm. Mənə görə bu bir kapitalist oyunudur. Daha çox satışa nail olmaq üçün uydurulan siyasətdir. 36 ildir bizim sevgimiz yaşayır. Bunun üçün əlavə şeylərə ehtiyac yoxdur. Bir də, 62 yaşında nə sevgi? (gülür)

- Övladlarınızın siyasətə marağı varmı?

- Var, mən də onları bu yolda dəstəklyirəm. Məncə, hər bir insan siyasətlə maraqlanmalıdır. Nə qədər insan siyasətlə maraqlansa, o qədər çox siyasət qazanar. Oğlum məndən xəbərsiz bu günlərdə Cümhüriyyətçi Türk Partiyasının Gənclik Mərkəzinin sədri secilib. Qızım da təmsil olunur. Ancaq oğlum daha irəlidədir. Onlara bu yolda əlimdən gələn dəstəyi sona qədər verəcəyəm.

- Sizi mətbəxtdə görmək mümkündürmü?

- Təbii, səhər yeməklərini hər zaman mən hazırlayıram. Həyat yoldaşım bir araşdırma aparıb, mayasız çörəyin insan orqanizmi üçün daha faydalı olduğunu öyrəndi. Ondan sonra evdə çörək bişirmək qərarına gəldi. Ancaq bacarmadı və məni bu işə cəlb etdi. O gün-bu gün, evdə çörəyi mən bişirirəm. Bundan başqa, yaxşı yoqurt hazırlayıram. Evdə hazırlanan yoqurtların sağlıqlı olduğunu düşünurəm və bunu tövsiyyə edirəm.

- Necə dostsunuz?

- Çox vəfalı bir insanam və dostlarımı çox sevirəm. Dürüstəm. Yaxşı bir dost olduğumu düşünrəm.

- Sizin necə dosta ehtiyacınız var?

- Özüm kimi bir dostumun olmasını istəyərdim. Yaxşı dostlarım da var təbii. Ancaq dost xəyanətini də çox gördüm.

- Zəmanə insanı çox doyumsuz və mutsuz . Siz necə, xoşbəxt bir insan ola bilirsiniz?

- Təbii ki, mutlu olmağa çalışıram. Məncə, insan azca xoşbəxt olmağı bacarmalıdır. Kibrıs sorunu, son zamanlar ölkəmizdə xərcəng xəstəliyinə tutulanların sayının artması kimi problemlər məni çox düşündürür. Amma bununla belə, mutlu olmağa çalışıram. Məsələn, mən bir cihazı incələyərkən, onu təmir edərkən mutlu olmağı bacarıram.

- Azərbaycan oxucularına nə söyləmək istəyərdiniz?

- Azərbaycanla çox yaxın olmamız gərəkdiyini düşünürəm. Ancaq sizi də anlayıram. Azərbaycan bu gün Kıbrısa qapılarını tam aça bilmir. Buna baxmayaraq, mümkün olduğu qədər yaxın münasibətlərin olmasını istəyərdim. Adətlərimiz bənzər, dilimiz eyni. Azərbaycan siyasətçilərinin Kıbrısa marağının daha da artmasını istəyirəm. Bizim keçmişdə yaşadığımız sorunları siz indi yaşayırsınız. Oxşar tərəflərimiz çoxdur. Kıbrıs xalqının da Azərbaycana dərdini anlatması gərəkdiyini düşünürəm. Məncə, münasibətlərimiz bundan daha da isti olmalıdır.

Lefkoşa

Tarix
2014.02.05 / 11:29
Müəllif
Elza Alışova
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla