Yuxarı

İsrailin Suriya planı: Bu ərazini 3 hissəyə bölmək istəyirlər…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin Suriya planı: Bu ərazini 3 hissəyə bölmək istəyirlər…

İsrail Dəməşqin cənub-qərbindən İsrail sərhədinə qədər ərazinin üç zonaya bölünməsini təklif edib.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, təklifə əsasən, Dəməşqin cənub-qərbindən İsrail sərhədinə qədər uzanan bölgə A, B və C zonalarına bölünəcək və hər zonada Suriya ordusunun məhdud sayda əsgər və yüngül silahla mövcudluğuna icazə veriləcək.

Plana görə, sərhədə yaxın zonada yalnız daxili təhlükəsizlik və polis qüvvələri yerləşdiriləcək, ağır silah və ordu hissələrinin girişinə icazə verilməyəcək. Həmin ərazi Suriya hərbi təyyarələri üçün uçuşa qadağan zona elan ediləcək.

Hermon dağı istisna olmaqla, İsrailin son aylarda işğal etdiyi mövqelərdən mərhələli şəkildə geri çəkilməsi nəzərdə tutulur. Əvəzində, İsrail bu bölgədən İrana hava dəhlizi açılmasına imkan yaradaraq gələcəkdə mümkün hücumlar üçün istifadə etməyi planlaşdırır.

Eyni zamanda, “i24Nyus”a danışan İsrail rəsmisi, baş nazir Benyamin Netanyahunun 22 sentyabrda BMT Baş Assambleyası çərçivəsində Əhməd əş-Şara ilə görüşmək istədiyini, lakin hazırkı mərhələdə bu ehtimalın zəif olduğunu deyib.

Tarix
2025.09.18 / 12:38
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto

Bu gün İlham Əliyevin ad günüdür

Pelleqrini Əliyevi təbrik etdi

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla