Yuxarı

AFFA bu kluba texniki məğlubiyyət verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA bu kluba texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi "İmişli" klubuna texniki məğlubiyyət (0:3) verib.

Axar.az xəbər verir ki, qərar qurumun bu gün baş tutan iclasında qəbul olunub.

Buna Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununun 67-ci dəqiqəsində "İmişli" komandasının heyətində adı protokolda olmayan İbrahim Əliyevin oyuna daxil olması səbəb olub. Klub 0:3 hesablı texniki məğlubiyyətlə yanaşı, 5 000 manat cərimələnib.

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununda "İmişli" komandasının heyətində 5 nəfər sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilsin (maddə 43.1);

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununun 90+4-cü dəqiqəsində "İmişli" komandasının heyətində 94 nömrəli futbolçu Rafael Vieqaş təcavüzkar davranışa (rəqibi ayaqla vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, "İmişli" komandası 3000 manat cərimə edilsin (maddə 45.1);

13.09.2025-ci il tarixində Misli Premyer Liqasında IV turun "İmişli" – "Sumqayıt" oyununda "Sumqayıt" komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə görə "Sumqayıt" komandası 5000 manat cərimə edilsin (maddə 52.5);

Tarix
2025.09.18 / 13:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla