Yuxarı

Bekhem Britaniyanın ilk milyarder idmançısı oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bekhem Britaniyanın ilk milyarder idmançısı oldu

İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem Böyük Britaniya tarixində milyarder statusuna çatan ilk idmançı olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə nüfuzlu "Tayms" nəşri məlumat yayıb.

51 yaşlı idmançı və onun həyat yoldaşı - müğənni və dizayner Viktoriya Bekhemin birgə sərvəti hazırda 1.185 milyard funt sterlinq dəyərində qiymətləndirilir. Qeyd olunur ki, məşhur cütlüyün maliyyə vəziyyəti təkcə son bir il ərzində iki dəfədən çox yaxşılaşıb.

Nəşrin təhlilinə görə, bu kəskin artım, əsasən, Bekhemin 2018-ci ildən ortaq sahibi olduğu MLS təmsilçisi "İnter Mayami" klubuna etdiyi sərmayə ilə bağlıdır. Hazırda səkkizqat "Qızıl top" sahibi Lionel Messinin də çıxış etdiyi komandada Bekhemin payının dəyəri təxminən 300 milyon funt sterlinqə çatır.

Xatırladaq ki, "Forbes" jurnalının son milyarderlər siyahısında idmançılardan Maykl Cordon (4.3 milyard dollar), Mecik Conson (1.6 milyard dollar), Lebron Ceyms (1.4 milyard dollar), Tayqer Vuds (1.5 milyard dollar) və Rocer Federer (1.1 milyard dollar) yer alıblar.

Peşəkar karyerasını 2013-cü ildə başa vuran Bekhem "Mançester Yunayted", "Real", PSJ, "Milan" və "Los-Anceles Qelaksi" kimi nəhəng klubların formasını geyinib. O, İngiltərə, İspaniya və Fransa çempionatlarının, eləcə də Çempionlar Liqasının qalibi adlarını qazanıb. Ulduz futbolçu İngiltərə yığmasının heyətində 115 matça çıxıb və altı il ərzində milli komandanın kapitan sarğısını daşıyıb.

Tarix
2026.05.15 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türk tiktoker: İlham Əliyev hamıya elə cavab verdi ki... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla