Yuxarı

Mourinyo "Qarabağ"ın qalib gələcəyini öncədən görüb…

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mourinyo "Qarabağ"ın qalib gələcəyini öncədən görüb…

İstanbulun "Fənərbağça" klubunun prezidenti Əli Koç “Qarabağ” klubunu UEFA Çempionlar Liqasında “Benfika” üzərindəki qələbəyə (3:2) görə təbrik edib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, o, bu haqda “TRT Spor”a müsahibəsində deyib.

“Qarabağ”dakı dostumla danışdım, təbrik etdim. Könül bağımız olan klubdur. Onlara salam olsun” - deyə o qeyd edib.

Ə.Koç bu məğlubiyyət səbəbindən “Fənərbağça"nın sabiq baş məşqçisi Joze Mourinyonun “Benfika”ya eyni vəzifəyə gətiriləcəyi barədə xəbərlərə də münasibət bildirib.

O, bu zaman portuqaliyalı mütəxəssisə atmacalı mesaj ünvanlayıb:

“Mən bu xəbəri səhər saatlarında gördüm. Dəqiq olub-olmadığını bilmirəm. Mourinyonun "Benfika" ilə anlaşması xəbəri doğrudursa, buna həyatın qəribə təsadüfü deyə bilərəm. Başqa nə deyə bilərəm? Bundan nə qədər desən, hekayələr çıxarmaq olar (gülür). Mourinyo o qədər böyük adamdır ki, "Qarabağ"ın "Benfika"ya qalib gələcəyini xeyli öncədən görərək, hesablayıb. Az qala püşkatmadan əvvəl... Belə çıxır ki, özü "Fənərbağça"dan qovulmasını, buna səbəb gördüyü klub rəhbərliyini tənqid etməsini, "Benfika"ya uduzmasını planlaşdırıb. Müdhiş ssenaridir".

Tarix
2025.09.18 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla