Yuxarı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Bu ilin yanvar ayında ürəktutmasından dünyasını dəyişən müğənni Fateh Ürəyin geyimləri, zinət əşyaları və xəzləri satılacaq, əldə olunacaq gəlir isə təhsil sahəsinə və sahibsiz heyvanlara yardım məqsədilə bağışlanacaq.

Axar.az xəbər verir ki, bu barədə sənətçinin bacısı Səlvi Ürək məlumat verib.

Sənətçinin bacısı bildirib ki, Ürəyin şəxsi əşyalarının bacı-qardaş arasında bölüşdürülməsi xəbəri doğru deyil:

“O, hələ xəstəxanada olarkən əsassız xəbərlər yayılmışdı ki, guya əşyaları, evləri və pulları oğurlanaraq bölüşdürülüb. Amma deyilənlərin heç biri doğru deyil. Prosesi idarə etməsi üçün öz vəkilinə səlahiyyət verdik. Rəsmi prosedurlar başa çatdıqdan sonra qalan əmlak dörd qanuni varis arasında bərabər şəkildə bölüşdürüləcək. Həmçinin ondan geriyə qalan vergi borcları da öz vəsaiti hesabına ödənilib.

Sənətçidən xatirə qalması üçün bir neçə şəxsi əşyasını götürüb, geri qalanını isə xeyriyyə məqsədilə satacağıq”.

Qeyd edək ki, 59 yaşında dünyasını dəyişən müğənninin Bodrum vilayətinin Yokuşbaşı məhəlləsində təxminən 170 milyon lirə dəyərində malikanəsi, İstanbulun Ataşəhər rayonunda yerləşən 5 mənzili, 6 milyon lirə dəyərində lüks avtomobili, müxtəlif bank hesablarında külli miqdarda vəsaiti, həmçinin qiymətli zinət əşyaları və digər dəyərli əşyaları, geyimləri var.

Tarix
2026.06.26 / 20:42
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla