Yuxarı

ANS-in aparıcısı müğənnini aldadıb rayona toya göndərdi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-in aparıcısı müğənnini aldadıb rayona toya göndərdi

Bütün dünyada 1 Aprel "Gülüş günü" kimi qeyd olunur. Başqa günlərdən fərqli olaraq bu gün biz yalnız zarafat məqsədi ilə tanışlarımızı aldadırıq. Maraqlıdır, bəs müğənnilərimiz bu gün kimi aldadıb və ya onları kim aldadıb?

Hələ heç kəsi aldatmamışam

Müğənni Mətanət Əsədova bildirdi ki, hələ heç kəsi aldatmayıb. Onu kiminsə aldadacağını da gözləmir.

Aldanmağı sevmirəm

Faiq Ağayev isə "Gülüş günü"nü unutduğunu söylədi:

"Heç kəsi aldatmamışam. Aldanmağı da sevmirəm. Amma məni aldadıblar. "Gülüş günü" olduğunu unutmuşdum, aldadılandan sonra xəbərim oldu".

"Gülüş günü" yadımdan çıxıb

Xatirə İslamınsa "Gülüş günü" yadından çıxıb:

"İnanın ki, "Gülüş günü" yadımdan çıxıb. Heç aldadan da olmayıb ki, yadıma düşsün. Amma mən aldadacağam".

ANS-in teleaparıcısı Çingiz aldadıb

Müğənni Əlikram Bayramov isə aldandığından danışdı:

"Bəli, ANS-in teleaparıcısı Çingiz məni aldadaraq üç yüz manat pul verib Sabirabada toya göndərdi. Yarı yolda zəng vurub dedi ki, "Aldadıram, qayıt gəl Bakıya, pulumu da qaytar. Mən də yalandan dedim ki, "Görüşək qaytarım. Amma qaytarmayacağam, mən də onu aldadacam"".

Köynəyinin düymələri qırılıb

Reper Anar Nağılbaz isə əvvəlki kimi bayramlara həvəsi olmadığını söylədi:

"Evdəkilər məni yüngülvari aldadıblar. Mən də dostumu aldatdım. Ona dedim ki, köynəyinin düymələri qırılıb. Amma əvvəlki kimi bayramlara, belə günlərə həvəsim qalmayıb".

Tarix
2014.04.01 / 19:29
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla