Yuxarı

Faiq: "Başdaşında adını görüb hönkür-hönkür ağladı"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faiq: "Başdaşında adını görüb hönkür-hönkür ağladı"

Bəzi şeylər var ki, onu sənət naminə etmək lazımdır.

Axar.az xəbər verir ki bu sözləri ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı xalq artisti Faiq Ağayev deyib.

İxsasının aktyorluq olduğunu bildirən müğənni ən böyük istəklərindən birinin kinoya çəkilmək olduğunu söyləyib:

“Təhsilimə görə musiqili teatr aktyoruyam. Elə böyük rolda çəkilməmişəm, amma bu mənim böyük arzularımdan biridir. Alınmayıb deyə, qurdumu kliplərdə öldürdüm. Filmlərə dəvət alsam, məmnuniyyətlə çəkilərəm. Yəqin ki, bizim rejissorlar mənim qonorarımdan qorxurlar. Düşünürlər ki, Faiq Ağayevi çağırsalar çox pul istəyər. Amma elə bir şey yoxdur. Bəzi şeylər var ki, onu sənət naminə etmək lazımdır. Mən kliplərdə Məcnunu belə canlandırmışam. Xırda olsa da, dramatik rollar ifa etmişəm".

F.Ağayev rejissor Ülviyyə Könüldən danışaraq, ona olan sevgisini dilə gətirib:

“Bizi onla tanış edəndə söylədilər ki, çox gözəl rejissordur və sənin mahnılarından xoşu gəlir. Elə tanışlıqlar olur ki, dost olmağa uzun müddət lazım olmur, qısa müddətdə insanlar bir-birinə öyrəşir. Ülviyyə bəlkə də həyatımın nadir sirdaşlarından biridir. Onunla işləmək mənə rahatdır. Bir çox kliplərimin ssenari müəllifi və rejissoru Ülviyyə Könül olub. Bundan əlavə konsertimin də rejissoru Ülviyyə Könül olub. Ən gülməli və dəhşətli səhnələrdən birisi “Aldatdı məni” klipində yaşanıb. Klipə görə qəbiristanlıqda çəkiliş olmalı idi. Kadra görə də başdaşı seçilməliydi. Ülviyyə başdaşı gəzəndə birdən dedi ki, “nə gəşəng, gəlin çəkək”. Sonra gördüm ki, hönkür-hönkür ağlayır. Gəlib gördüm başdaşına yazılıb, "Kərimova Ülviyyə". Öz adını görəndə ağlamağa başlamışdı. Ən maraqlısı odur ki, biraz o tərəfdə də Ağayev Faiqin qəbirdaşı var idi".

Tarix
2016.12.24 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla