Yuxarı

Əlidən Nazaya qalmaqallı hədiyyə - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlidən Nazaya qalmaqallı hədiyyə - Video

“Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqrama qatılan Naz Mila hazırda sevgi münasibəti qurduğu azərbaycanlı oğlan Əli Əkbərdən aldığı hədiyyəni geri qaytarıb.

Əli Naza maşın açarı hədiyyə edib. Əvvəlcə bunu görən Mila çox sevinib və təəccüblənib. Daha sonra isə qısa zaman ərzində tanıdığı Əlidən qiymətli hədiyyə götürməyin düzgün olmadığını bildirib.

Verilişin digər iştirakçıları da Əlini hədiyyəsinə görə qınayıblar. Onlar 5 gün tanış olduğu qıza bu cür hədiyyənin verilməsinin yersiz olduğunu vurğulayıblar. Bəzi iştirakçılar isə maşın əvəzinə Naza qiymətli üzük verilməsini məsləhət görüblər.

Azərbaycanlı oğlan deyilənlərlə razılaşmayıb və o, bu hədiyyənin hələ Naz üçün başlanğıc olduğunu, bundan sonra daha böyük sürprizlərlə onu şoka salacağını söyləyib.

Qeyd edək ki, ötən buraxılışlarda Əli Naza boyunbağı hədiyyə verərək, onu rəqsə dəvət edib. Həmin an qızın eks-sevgilisi Baha əsəbiləşərək studiyadan gedib.

Xatırladaq ki, Əli Əkbər bir vaxtlar Azərbaycanın məşhur modellik müsabiqələrində iştirak edib. O, hətta özünü aktyor kimi kiçik rollarda da sınayıb.

Məlumat üçün bildirək ki, Naz Mila evli olub və onun bir qızı var.

Tarix
2017.01.17 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda mitinqdə azərbaycanca səs yazısı - Video

İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk

Bu türk ölkəsi ilə hərbi əməkdaşlıq müzakirə edildi - MN

Argentina səfiri ADU-nun qonağı oldu

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla