Yuxarı

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zidan Fransa millisinin baş məşqçisi olacaq

Əfsanəvi fransız futbolçu Zinəddin Zidan Fransa milli komandasının növbəti baş məşqçisi olacaq.

Axar.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano X şəbəkəsində yazıb.

Qeyd edək ki, Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi postunu tərk edəcəyini açıqlamışdı. O, 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. 57 yaşlı mütəxəssisin rəhbərliyi altında Fransa yığması 2018-ci ildə dünya çempionu, 2022-ci ildə dünya çempionatının, 2016-cı ildə isə Avropa çempionatının gümüş mükafatçısı olub. 54 yaşlı Zidan 2016-2018 və 2019-2021-ci illərdə iki dəfə “Real Madrid”ə rəhbərlik edib. Onun dönəmində komanda üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub, həmçinin iki dəfə İspaniya çempionluğunu, İspaniya Superkubokunu, UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb.

Xatırladaq ki, Fransa ötən gün yarımfinal görüşündə İspaniyaya məğlub olub.

Tarix
2026.07.15 / 10:55
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Bakıda AQEM Media Forumunun açılış mərasimi keçirildi

Prezident medianın ictimai rəyə təsirindən danışdı

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla