Yuxarı

Mbappe məğlubiyyətin əsas səbəblərini açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mbappe məğlubiyyətin əsas səbəblərini açıqladı

Futbol üzrə Fransa milli komandası dünya çempionatının yarımfinal mərhələsində İspaniya yığmasına qarşı keçirilən matçda qarşıya qoyulan oyun planını icra edə bilməyib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Fransa millisinin kapitanı və hücumçusu Kilian Mbappe açıqlama verib.

"Nə texniki, nə də taktik baxımdan istədiyimiz oyunu nümayiş etdirə bildik. Dünya çempionatının yarımfinalında üzərinə düşəni etməyəndə qalib gələ bilmirsən. İspaniya öz oyun planına və adət etdiyi üsluba sadiq qaldı. Onlar topa və tempə nəzarət etməyi sevirlər. Bizim planımız isə rəqibə yüksək təzyiq göstərmək və onların öz ritmini tapmasına mane olmaq idi.

Hətta topu ələ keçirdiyimiz anlarda belə ilk toxunuşlarımız yetərincə uğurlu alınmırdı. Məhz bu cür hallar məğlubiyyətə gətirib çıxarır. Bu, bizim üçün çox böyük bir xəyal qırıqlığıdır. Lakin obyektiv danışsaq, finala vəsiqə qazanmaq üçün tələb olunan bütün şərtlərə sahib deyildik", - deyə ulduz futbolçu qeyd edib.

Xatırladaq ki, dünya çempionatının gərgin keçən yarımfinal qarşılaşmasında İspaniya millisi Fransa komandasını 2:0 hesabı ilə məğlub edərək inamlı qələbə qazanıb. Matçın taleyini həll edən qollara 22-ci dəqiqədə penaltidən Mikel Oyarzabal və 58-ci dəqiqədə Pedro Porro imza atıblar.

Qeyd edək ki, Argentina və İngiltərə yığmalarının iştirakı ilə keçiriləcək ikinci yarımfinal matçı bu gün baş tutacaq. Turnirin finalı isə iyulun 19-na təyin olunub.

Tarix
2026.07.15 / 11:43
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla