Yuxarı

Qrehemenin sanksiya layihəsi: Rusiyaya necə təsir edəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qrehemenin sanksiya layihəsi: Rusiyaya necə təsir edəcək?

Keçmiş senator Lindsi Qrehemin dəstəklədiyi yeni qanun layihəsi ABŞ Prezidenti Donald Trampa Rusiyanın enerji daşıyıcılarının ən böyük idxalçılarına qarşı rüsumlar tətbiq etmək üçün yeni səlahiyyətlər verəcək.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ı məlumat yayıb.

Nəşrin məlumatına görə, bu qanun layihəsi Rusiyanın Ukraynaya qarşı işğalına görə Moskvanı cəzalandırmaq məqsədi daşıyır:

“Bu həftə Konqresə təqdim ediləcəyi gözlənilən qanun layihəsi Rusiya nefti və qazının beş ən böyük alıcısını hədəf alacaq. Bu siyahıda ilk yerlərdə Çin və Hindistan qərarlaşır”.

Məsələ ilə tanış mənbələrin bildirdiyinə görə, qanun layihəsinə əsasən Donald Tramp Rusiyanın enerji daşıyıcılarının satışına kömək edən ayrı-ayrı ölkələrə və şəxslərə qarşı 100 faizə qədər gömrük rüsumu tətbiq edə biləcək. Bu rüsumların tətbiqi barədə qərarı yalnız ABŞ prezidenti verəcək.

Analitiklərin fikrincə, qanun layihəsi qəbul edilərək qüvvəyə minərsə, bu, Konqresin gömrük rüsumlarından açıq şəkildə geosiyasi təzyiq vasitəsi kimi istifadəyə ilk dəfə rəsmi icazə verməsi olacaq.

Tarix
2026.07.15 / 09:15
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla