Yuxarı

Xəzər dənizinin havanın temperaturuna təsiri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzər dənizinin havanın temperaturuna təsiri...

Azərbaycanda qarşıdakı günlərdə havanın kəskin istiləşəcəyi ilə bağlı məlumatlar yayılıb. Belə ki, bəzi ərazilərdə temperaturun 40 dərəcəyə yaxınlaşacağı, hətta daha yüksək olacağı bildirilir.

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, müasir meteoroloji aparatlar və cihazlar hava ilə bağlı dəqiq məlumatların əldə olunmasına imkan verir:

“Lakin meteoroloji müşahidə imkanlarımız hələ də istənilən səviyyədə deyil. Meteoroloji stansiyaların sayının artırılmasına ehtiyac var. Deyirlər ki, qarşıda çox isti və müsibətli yay gəlir. Amma təşviş yaratmağa ehtiyac yoxdur. Azərbaycanda 44 dərəcəyə çatan, eləcə də 30-40 dərəcə arasında temperaturun müşahidə edildiyi illər çox olub”.

Ə.Əliyev bildirib ki, Bakı və Abşeron yarımadasında Xəzər dənizi temperaturun sabitləşməsinə və havanın yumşalmasına təsir göstərir:

“Lakin son dövrlərdə Xəzərin bu tənzimləyici funksiyasının əvvəlki qədər güclü olmadığını da müşahidə edirik. Ona görə də havanın necə olacağını günlər, hətta həftələr öncədən böyük təşvişlə proqnozlaşdırmağın mənası yoxdur. Havanın necə olacağı 3 gün öncədən bilinir, günlər və ya həftələr əvvəldən yox”.

Ekoloqun sözlərinə görə, iyul və avqust aylarında, xüsusilə isti günlərdə insanlar ilk növbədə ehtiyatlı olmalıdırlar:

“Yaşlı insanların mümkün qədər günün ən isti saatlarında evdən çıxmaması daha məqsədəuyğundur. Məcburən çölə çıxan insanlar isə diqqətli olmalıdırlar. Kölgəliklərdən, yaşıllıq ərazilərdən istifadə etmək, günün ən isti saatlarında birbaşa günəş altında qalmamaq”.

Tarix
2026.08.14 / 10:10
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla