Yuxarı

Şahbaz Şərif bu türk ölkəsinə gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahbaz Şərif bu türk ölkəsinə gedir

Pakistanın Baş naziri Şahbaz Şərif Astanaya dövlət səfəri edəcək.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pakistanın Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda deyilir.

K.Tokayev Pakistanın dayanıqlı inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ikitərəfli və beynəlxalq gündəliyin geniş spektrli məsələləri üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliyini ifadə edib.

Qazaxıstan prezidenti, həmçinin Şahbaz Şərifin Astanaya qarşıdan gələn dövlət səfərini səbirsizliklə gözlədiyini və bu səfərin iki ölkə arasında əməkdaşlığa yeni təkan verəcəyini vurğulayıb.

K.Tokayev Pakistan Prezidenti Asif Əli Zərdariyə və Şahbaz Şərifə fəaliyyətlərində uğurlar, Pakistan xalqına isə firavanlıq və tərəqqi arzulayıb.

Tarix
2026.08.14 / 10:02
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla