Yuxarı

Məşhur türkiyəli aparıcı həmişəlik Bakıya köçür

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur türkiyəli aparıcı həmişəlik Bakıya köçür

Məşhur türkiyəli aparıcı və yazar Özgə Uzun Bakıya köçəcək.

Axar.az Türkiyə qəzetinə istinadən xəbər verir ki, aparıcı bu məlumatı sosial şəbəkədə yayıb.

Uzun keçmiş həyat yoldaşı Volkan Üst ilə yenidən evlənmə qərarından sonra Bakıya köçəyini planlaşdırır:

"Gedirəm. 20 il əvvəl min bir xəyalla gəldiyim şəhərə əlvida deyirəm. Yaşadım, nəfəs aldım, nəfəssiz qaldım, kədərli oldum, qəhqəhələr atdım, ağladım, itirdim, çox qazandım. İncidildim, ancaq incitmədim. Tərk edildim, tərk etdim. Arxamda və yanımda yaxşı ürəklər qazandım. Yeni bir həyata uçuram".

Qeyd edək ki, 2015-ci ildə Volkan Üst ilə boşanan Özgə Uzun 360 TV-də Alişanın aparıcılıq etdiyi "Hər şey daxil" verilişində sürprizlə qarşılaşıb. Keçmiş həyat yoldaşı Üst Uzunun olduğu verilişə qatılaraq ona yenidən evlənmə təklifi edib və "Hə" cavabı alıb. Ötən günlərdə isə Özgə Uzunun xına gecəsi baş tutub.

Tarix
2017.01.22 / 19:31
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində... - Foto

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla