Yuxarı

Anamı həkimlər öldürdü... – Tanınmış aparıcı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anamı həkimlər öldürdü... – Tanınmış aparıcı

2 ay bundan əvvəl başımıza faciə gəldi: anam həkimin səhvi ucbatından qəflətən dünyasını dəyişdi. Ağır xəstə deyildi, gözünə mirvari suyu yığılmışdı, müalicə alırdı.

Axar.az xəbər verir ki, bu sözləri aparıcı Lətafət Ələkbərova “Gəlin danışaq” verilişində anasının vəfatı haqda danışarkən deyib. O, anasını həkimlərin öldürdüyünü bildirib:

“Bir gün bacım zəng elədi ki, anam sənin apardığın həkimə getmək istəmir. Özümü bağışlamıram... Kaş gedib onu fikrindən döndərərdim. Bacım dedi ki, qoy təzə tapdığı həkimə getsin, qayıdanda sən deyən həkimə apararıq. Səhər duranda da zəng etmədim ki, qoy gedib gəlsinlər, sonra gedərəm. Hətta gedib onunla dalaşmağı da gözə almışdım. Bacım gəlib dedi ki, anamız əməliyyata girib. Dəhşətə gəldim, çünki onun şəkəri və astması var idi. Uşağı məktəbdən gətirəndə anamın ölüm xəbəri gəldi. Özümə gələndən 2 gün sonra həkimin üstünə getdim. Əməliyyatdan əvvəl qardaşlarıma ərizə yazdırmışdılar deyə, iş işdən keçmişdi. Anamın astması olduğu üçün iynə vuranda boğulub. Biz onu həkimin səhvi ucbatından itirdik”.

Tarix
2017.01.24 / 16:25
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Baş nazir Qətərin Azərbaycandakı səfirliyində... - Foto

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağı ilə işıqlandırıldı

Azərbaycanlıların olduğu gəmi vuruldu, kapitan axtarılır

Pelleqrini Füzulidən təyyarə ilə Bakıya yola düşdü

İnsan haqları - təzyiq aləti kimi və Bakının cəsarətli mövqeyi

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla