Yuxarı

Kərim onu döyən sürücüyə doğru niyə gedir?.. - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərim onu döyən sürücüyə doğru niyə gedir?.. - Video

Müğənni Kərim Abbasovun ötən gün döyülməsini əks etdirən video yayması birmənalı qarşılanmalyıb. Kərimin niyə maşından düşdüyü, o sürücü istiqamətində gedərək niyə çəkiliş apardığı, sürücüyə hansı sözlər deməsinin videoda əks olunmaması (görüntülərə musiqi səsi verilib və danışıq səsi silinib) davanın mahiyyətini qaranlıq edib.

Bu suallara aydınlıq gətirməyə çalışan K.Abbasov Kult.az-a bildirib ki, həmin sürücü ilə yol üstündə mübahisəsi düşüb:

“Ailəmlə birgə Goradil qəsəbəsindən qayıdırdıq. Yolun sol hissəsindı tıxac yaranmışdı, hərəkət yox idi. Mən də yolun hərəkət olan hissəsinə çıxmaq istəyirdim ki, davam edim. Mən elə yola çıxmışdım ki, bu şəxs maşınını qabağa verib düz yanımda saxladı. Əlini də maşından çıxarıb təhqiramiz tərzdə “Maşınını hara soxursan?” dedi. Öz təmkinimi qoruyub “Yaxşı, sür maşınını, biz çıxaq” dedim, ancaq bilərəkdən, sanki prinsipə maşınını sürmədi”.

K.Abbasov bildirib ki, sürücü maşınını qabağa verərək qapını açıb və müğənnini təhqir edib:

“Sol tərəf dolu olduğu üçün çıxa bilmirdim. Arxamda da maşınlar var idi və siqnal verirdilər. Mən də buna görə çıxa bilmirəm ki, arxamdakı maşınlara yol verim. Bu da prinsipə saxlayıb maşınını sürmür. Mən bir az da qaz verib çəkmək istəyəndə, bu, bir az da maşının qabağa verib saxladı və qapısını açaraq təhqirlə məni söyməyə başladı. Çox pis formada təhqir etdi məni.

Başqa sürücülər olmasaydı, o maşınını çəkməyəcəkdi. Digər sürücülərin xahişi ilə maşınını kənara çəkdi. Mən də bu təhqirlərə görə onu videoya çəkməyə başladım. O da bunu görərək mənə hücum etdi və təhqir elədi”.

Müğənni bildirib ki, həmin şəxs onu küçənin ortasında, hər kəsin gözü qabağında döyüb:

“Başıma səkkiz-doqquz zərbə endirdi. Mən polislərdən də xahiş etdim ki, oradakı kameralara baxsınlar və hadisənin necə baş verdiyini özləri də görsün”.

Xatırladaq ki, Kərim Abbasov küçədə hücuma məruz qalması və ona hücum edən şəxsin özünü polis kimi qələmə verdiyini bildirmişdi.

Bakı şəhər Baş Polis İdarəsinin polis mayoru Elşad Hacıyev bildirib ki, özünü polis əməkdaşı kimi qələmə verən sürücü, K.Abbasovu döyən şəxs Ramazanov Elvin Cahangir oğlu müəyyən olunaraq idarəyə dəvət olunub və izahatı alınıb.

Faktla bağlı Binəqədi RPİ-nin təhqiqat şöbəsində araşdırma davam etdirilir

Tarix
2019.05.22 / 12:57
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla