Yuxarı

Türkan Şoray Xanlarovanın hədiyyəsindən danışdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkan Şoray Xanlarovanın hədiyyəsindən danışdı

Azərbaycana dörd dəfə səfər etmişəm. Azərbaycanla bağlı yalnız xoş xatirələrim var. İlk dəfə 1970-ci illərdə filmimin premyerasına gəlmişdim. Xatırlayıram ki, tamaşaçılar izləyərkən göz yaşı axıdırdı, filmin ortasında isə hətta söylədilər ki, tərcüməyə belə ehtiyac yoxdur - hər kəs türk dilini çox gözəl başa düşür. İlk səfərimdə neft qoxusunu canına çəkmiş Xəzərin sahilindəki şəhəri gördüm.

Oxu.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur aktrisası Türkan Şoray “Nargis Magazine”ə verdiyi müsahibəsində dilə gətirib.

Bakı barədə fikirlərini bölüşən türk dünyasının məşhur aktrisası növbəti səfəri zamanı hətta “dilinin tutulduğunu” deyib:

“Növbəti dəfə müstəqil Azərbaycana gəldiyimdə “dilim tutulmuşdu” – məni nağıllar şəhəri əhatə edirdi. Buraya səfərim gecə saatlarına təsadüf edirdi. Şəhərin bütün binaları işıqlandırılmışdı, sanki nağılda idim. Hətta yanacaqdoldurma məntəqələri də nağıl evləri kimi görünürdü.

Burada bir çox məşhur brend butiklər var, özünü Avropadakı kimi hiss edirsən. Bu illər ərzində hər şey çox dəyişib. Azərbaycan xalqı o qədər mehriban və istiqanlıdır ki, sizin ölkənizi mən ikinci evim kimi qəbul edirəm. Azərbaycana gəldikdə, özümüzü doğma məmləkətdə hiss edirik. Bu, şablon ifadə deyil, həqiqətən belədir. Burada mənə böyük qayğı və diqqət ayırırlar”.

T. Şoray Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə rəfiqə olduğunu vurğulayaraq, onunla bağlı xatirələrini bölüşüb:

“Zeynəb Xanlarova ilə çox yaxşı dostuq, bir dəfə o mənə gözəl bir üzük hədiyyə etmişdi. Zeynəb xanım Türkiyəyə gəldiyində bir neçə dəfə mənim qonağım olub, tez-tez çay süfrəsi arxasında söhbət etmişik. Azərbaycana son səfərim zamanı mənə oteldə baş çəkmişdi”.

Tarix
2019.06.23 / 01:16
Müəllif
Axar.az
Digər xəbərlər

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla