Yuxarı

Yaqub Zurufçunun solo-konsertində anşlaq - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaqub Zurufçunun solo-konsertində anşlaq - Foto

Oktyabrın 12-də Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçunun Bakıda möhtəşəm solo-konserti olub.

Heydər Əliyev Sarayında təşkil olunan konsertdə Y.Zurufçunu Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoru və rəqs kollektivi müşayiət edib.

Kult.az xəbər verir ki, konsertdən əvvəl Azərtac-a açıqlama verən müğənni həmişə olduğu kimi, bu dəfə də xalq və bəstəkar mahnılarına üstünlük verəcəyini deyib. Bildirib ki, sevilən bir çox mahnılarını da səsləndirəcək. Sonuncu dəfə on il əvvəl M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert verdiyini bildirən müğənni bu konsertin də maraqlı və yaddaqalan olacağını vurğulayıb. Konsertin Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirildiyini söyləyən Y.Zurufçu bu işdə zəhməti olan hər kəsə təşəkkür edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək müğənninin yaradıcılığı, vətən qarşısında gördüyü işlər və sənətə sevgisindən danışıb. Qeyd edib ki, Yaqub Zurufçunun repertuarı həmişə Azərbaycan bəstəkarlarının əsərləri ilə zəngindir və ifaları hamının qəlbini oxşayır.

“Bir insan çox böyük müğənni də ola bilər, şair də, rəssam da... Ancaq bunların hamısından öncə o, yurduna, vətəninə bağlı olmalıdır. İnsan hər şeydən öncə xalqının məhəbbətini qazanmalıdır. Yaqub Zurufçu belə sənətkarlardandır. Xalqının məhəbbəti onun könlündə nəbz kimi çırpınır. Yaqub Zurufçu xoşbəxt insandır ki, xalqın ürəyindən keçənləri deməyi, oxumağı bacarır. Onun əsrarəngiz ifaları, həm də dünya azərbaycanlılarını birləşdirməyə xidmət edir, könül quşu kimi uçan nəğmələri qəlblərdə əks-səda yaradır. Çünki onu Yaqub Zurufçu edən Azərbaycan və azərbaycançılıq eşqidir. Yaqub Zurufçunun konserti bu gün burada insanları yaxınlaşdırır, ruh və ürək birliyi yaradır”, - deyə R.Hüseynov söyləyib.

Müğənnini konserti münasibətilə təbrik edən natiq ona yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra konsert proqramı təqdim olunub.

Müğənninin məlahətli və əsrarəngiz ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tarix
2019.10.12 / 21:36
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla