Müğənni, bəstəkar Elza
Seyidcahan mətbuatın, medianın gündəmində qalmaqda davam edir. Onun
Ermənistan prezidenti Serj Sarkisyana həst etdiyi şeir xeyli
müzakirə obyekti oldu. Bundan əvvəl də bəstəkar özünəməxsus
şeirlərini mətbuata təqdim etmişdi. Lakin bu şeiri xüsusi qalmaqal
yaratdı. Yazıçı və şairlər onun bu hərəkətini gülünc adlnadırdılar.
Xüsusən də, bəstəkarın bu günlərdə "İlin şairəsi" adı almağı onları
özündən çıxartdı.
Bəstəkar Yeni Müsavat-ın əməkdaşına yeni açıqlama
verərək bildirdi ki, artıq Sarkisyana həsr etdiyi şeirə mahnı da
bəstələyir. Elza Seyidcahan onu dəstəkləyən musiqiçilər barəsində
danışıb:
"Mənim yaradıcılığımı Firəngiz Əlizadə, Gövhər Həsənzadə, Nailə
Mirməmmədli, Aygün Səmədzadə və digərləi də dəstəkləyir. Aygün
xanım İctimai TV-də musiqi redaksiyasında işləyərkən məndən həmişə
kliplərimi istəyirdi. Onu da deyim ki, üzümə gülüb arxamca isə
başqa söz danışan bəstəkarlar da var, amma onların heç adlarını
belə çəkmək istəmirəm.
Vaqif Mustafazadənin 60 illik yubiliyendə Nəsiminin sözlərinə
yazdığım kompozisiyamı təqdim etdim. Bunu V. Mustavazadəyə həsr
etmişdim. Həmin vaxt onun qızı Əzizə xanım tədbirə gəlməmişdi.
Royalda isfa edəndə bəzi xaricilər elə bilmişdi ki, mən
Əzizəyəm(gülür). Liviyadan olan musqiçilər bu mahnıma görə qarşımda
baş əyib öz papaqlarını mənim başıma qoydular. Bu onlarda hörmət
əlamətidir".
Bəstəkar son mahnısı haqqında da danışıb:
"Bu, Nəsimin sözlərinə yazdığım üçüncü mahnımdır. Hələlik onun
janrı və xüsusiyyəti barədə məlumat vermək istəmirəm. Tezliklə öz
ifamda təqdim edəcəm".
Yazıçı və şairlər Elza Seyidcahanın şeirlərini heç yaxın da
qoymaq istəmədilər, bəs görəsən professional musiqçilər onun mahnı
yaradıcılığı barədə nə düşünürlər?
Xalq artisti Flora Kərimova onun haqqında danışmaq istəmədiyini
bildirdi:
"Bu söhbətlər mənə aid deyil. Çox xahiş edirəm ki, bu barədə
məndən heç nə soruşmayasız. Hamınız bilirsiz ki, onun
anası...(fikrə gedir). Yox, heç nə danışa bilmərəm".
Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə isə onun mahnılarını
əsl kompozisiya adlandırıb:
"Elza professional məktəb keçib. Onunla mən Üzeyir Hacıbəyov
adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq sinfində təhsil
almışıq. Doğrudur, biz ayrı-ayrı kurslarda oxumuşuq, yəni bir
qrupda olmamışıq. Mən dahi sənətkarımız Cövdət Hacıyevin, Elza isə
Arif Məlikovun tələbəsi olub. O, daima öz üzərində işləyir,
yaradıcılıq tədbirlərində yaxından iştirak edirdi. Bizim tələbəlik
illərimiz birgə keçib. Bu baxımdan onun yaradıcılığı ilə yaxında
tanışam. Onun musiqisi çox ciddidir. Bilirəm ki, onun tamaşaçılara
tədim edə biləcək çox gözəl əsərləri var. Bu gün gülünc vəziyyətdə
olan xeyli musiqiçilərimiz var, onlar qalıb kənarda hamısı Elzanın
üzərinə düşür.
Bir sözlə, Elza peşəkar, professional bəstəkardır, musiqisində
heç bir problem yoxdur, onun hər bir mahnısı bir kompozisiyadır. O
bəzən istəyir ki, orkestri, ansmblı əvəz edərək, tək özü mahnısını
ifa etsin, buna görə də hərdən qəribə qarşılanır. Elza mahnılarını
çox cüzi tərkiblə təqdim edir. Əgər onun üçün bir qədər şərait
yaradılsa və o, mahnılarını orkestr səviyyəsində təqdim edə bilsə
anlaşılmaz heç nə qalmayacaq. Mən arzu edirəm ki, onun
yaradıcılığı, əsərləri lazımi səviyyədə təqdim edilsin.
Bir çoxları fikirləşir ki, onun psixoloji durumu yerində deyil.
Amma mən əsla belə düşünmürəm. Hər bir yaradıcı insanın
qəribəlikləri var, bunu tarixdə də görmüşük. Buna görə də onun
hansısa ideya və yaxud layihə barəsində fikirləri qəribə ola bilər.
Fikrimcə bu cür ideyaları da şou-biznes, gündəmdə qalmaq xətrinə
yaranır.
Ümumiyyətlə cəmiyyət demək olar ki, onu yalnız mahnıları ilə
tanıyır, lakin Elza çox gözəl klassik əsərlərin yaradıcısıdır.
Əsasən onun klassik əsərlərini dəstəkləyirəm. Çox istərdim ki, onun
klassik əsərləri bu gün gündəmə gəlsin, çünki, bu əsərlər
professional şəkildə yazılıb. Bəlkə də bundan sonra onun haqqında
olan fikirlər öz yerini tutacaq".
Qeyd edək ki, bəstəkar Sərkisyana yazdığı şeiri onun cinayətkar
kimi tanınması məqsədi ilə yazdığını bildirib. Bəstəkar "Yeni
Müsavat"ın əməkdaşına verdiyi müsahibədə jurnalistləri də bu
petisiyaya qoşulmağa çağırıb.
Adı çəkilən qalmaqallı şeiri təqdim edirik:
Sarkisyan
danışır Bakı...!!!!!
Nahaqdan axıdılan qanlara
haqq verir Yerevandakı...!!!???
Yer üzündə
haqq verən insanlara...,
Göy üzündə
sülh sevən qartallara....
Ucaldıram səsimi...!
Səsimə səs ver a dünya........?
Haqqımıza girdilər..!
Bizə haqq ver dünya.....?
Xocalıya, Şuşaya
soxuldular, cırdılar...,
vurdular, yandırdılar..!!!
Sarkisyanlar, yanyanlar
sizdə yan var, yan, yan
bizdə can var!
Can...Can...!
Azərbaycan...can ..can...
Canı candan ayırana
bizdə qan var.
Qan..qan...!
Qanmırsan sən?!
Qanmalısan!!!
Canı candan ayırırsan?!
Qan.! Qan..!!!
Qanmayana dam, dam..!!!
Damcılanın qanımızın hesabını
dan, dan...!???
Sarkisyan..?!
Üsyan edərik, sənə üsyan..!!!
Atasız qalan övladlar
sənə küsyan..!
Yurdsuz qalan torpağımız
sənə tüğyan..!!!
Yan.., yan..!
Yanyana duran yanyanlar...!
Yuyanlar....!!!!!
Hamımızı tanrı verdi!
O sevərmi sən tökəsən
körpə quzuların qanın..!?
O qıyarmı sən sayasan
yetim körpələrin sayın!?
Heç qoyarmı tanrı....???
Məsum anaların ahın..., ahın...!!!???
Mübarizlər ölümüylə
Ödürərlər yanları...!!!!!
Siz yanansız!!!
Yana-yana qalansız..!!!
Bu dünyada sülh sevən,
haqq sevən insanlar var...!!!
Tamamsan sən!
Talansan. Sən..!
Sadə dildə danışıram səninlə...!
Şairlərim çox dedilər
Səbrlə..!
Əzimlə..!!!
Bəxtiyarlar, Şəhriyarlar verdi bizə
bu cürəti, bu qüdrəti...!!
Sarkisyan...!?
Sənə üsyan edirəm!
Mən üsyan!!!
Vətənimdən əl çək.!!!
Yurdumuzdan, obamızdan,
Elimizdən yan çək...!!!
Sarkisyan yan! Yan!!!
Sən bir dayan??!!
Sənə od qoyacam..!!!
Alacam səndən qayamı, tayamı!!!
Xalamı, atamı sən öldürdün..!!!
Gorumu, tayfamı sən söydürdün..!!!
Ocağımızı sən söndürdün???
Allahı özünə küsdürdün???
Küsdürdün Allahı üzünə..!!!
Söndürməyəcək sənin yanyananını...!!!
Yana-yana qalacaqsan Sarkisyan!!!!! Yann!!!!!