Yuxarı

Rəmiş: “Qardaşım mənim ən böyük düşmənimdir”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəmiş: “Qardaşım mənim ən böyük düşmənimdir”

Xalq artisti Rəmiş (Rafiq Hüseynov) yenidən qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, ATV-də yayımlanan "Düzün desək" verlişinə açıqlamasında gitara ifaçısı doğma qardaşını özünün ən böyük düşməni adlandırıb. Onun sözlərinə görə, qardaşı onu həyat yoldaşından boşanmağa təhrik edir:

"Bir doğma qardaşım var, ondan zəhləm gedir. Allahın da ondan zəhləsi gedəcək bu yaxınlarda. Böyükdür, üzünə ağ ola bilmirəm. Lakin ölənə kimi qardaşımı danışdırmayacam. Onu Allaha tapşırmışam.

Qardaşım böyük səhvlər buraxıb. Elədiklərini özümə də sığışdırıb deyə bilmirəm. Xoşagəlməz hərəkətlər edir, internetdə mənlə bağlı yazılar yayır. Bunların hamısı gəlib mənə çatır. "Rəmiş tapançayla gəzdi" və s. şayiələr yaradır.

Həyat yoldaşım Gülü ox olub, batıb gözlərinə. Deyir ki, arvadını boşa. Mən sizə deyirəm arvadınızı boşayın?
Dünya malı dünyada qalar. Mülk davası edəni mən kişi saymıram. Kişi hər mülkü, adı, sanı, şəxsiyyəti, mərifəti də özü qazanmalıdır. Atanın qoyduğu mülkə oğul göz dikməməlidir.

Qardaşdan gərək qardaş sözlərini eşidəsən. Dostluqla olan qardaşlıq hər kəsə qismət olmur. Mənim üçün dostlarım qardaşdan əzizdir. Lakin onların da sayı azdır".

Xatırladaq ki, bu ilin əvvəlində xalq artisti Rəmişlə bağlı yaranan qalmaqal uzun müddət mətbuatın gündəmindən düşmədi. Belə ki, gitara ifaçısının erməni dilində mahnı oxuduğu barədə xəbərlər yayılmışdı.

Məlumata əsasən, xalq artisti Rusiyada məclislərin birində məşhur "Tut ağacı" mahnısını erməni dilində təqdim edib. Onun bu addımı cəmiyyətdə tənqidlə qarşılanmışdı.

Tarix
2015.03.03 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla