Yuxarı

"Rejissorlar məni ancaq məşuqə kimi görürlər"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Rejissorlar məni ancaq məşuqə kimi görürlər"

Teleməkanın ən cazibədar aparıcılarından olan Zemfira Adıgözəlova çəkildiyi "100 kağız" filmində oynadığı məşuqə obrazından bəhs edib.

Publika.az-a açıqlama verən xanım Adıgözəlova rejissorların onu məşuqə obrazından başqa ayrı obrazda görmədiklərini bildirib.

"Filmin rejissoru Şahin Zəkizadə mənə rol üçün zəng edəndə ilk ağlıma gələn "100 faiz nə isə açıq-saçıq səhnə üçün zəng edib", - fikri oldu. Çünki Şahinə qədər gələn bütün təkliflər açıq-saçıq səhnələr üçün olub. Artıq öyrəncəkliyəm buna. Əksəriyyət də məni kiminsə sevgilisi, məşuqəsi rolunda görür. İlk sualım da o oldu ki, "Kimin sevgilisi olmalıyam?". Elə mən düşündüyüm kimi də oldu. Filmdə sevgilim Nicatdır. Mən İncəsənət Universitetinin rejissor-aktyorluq fakültəsini bitirmişəm. Bu səbəbdən oynaya bilməyəcəyim bir obraz yoxdur. Sadəcə resjissorlar məni ancaq məşuqə kimi görürlər".

Teleaparıcı son dövrlərdə çəkilən komediya filmlərinə münasibət də bildirib.

"Artıq ilk addımları atırlar. Bu səbəbdən müəyyən səhvlər var və olmalıdır. Odur ki, belə səhvlərə normal baxıram. Pis işləmirlər. Komandanın əziyyəti var. Düşünürəm ki, get-gedə biz "Oscar" mükafatına layiq görüləcəyik".

Zemfira xanım, müsahibəsində qonorarsız filmə çəkilmədiyini də əlavə edib.

Tarix
2015.04.08 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan müdafiə xərclərini nə qədər artıracaq?

Ermənilər narahat olmalı deyil, xəcalət çəkməlidir!

Bu, Qarabağda öz izlərini qoruyub saxlayır - Hacıyev

Bu, Azərbaycandan başlayıb Azərbaycanda bitəcək

179 nəfər Avropadan Azərbaycana gətirildi

Ceyhun Bayramov Butbiqinlə görüşdü

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla