Yuxarı

"Mən İlhaməni sənətkar hesab etmirəm"

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Mən İlhaməni sənətkar hesab etmirəm"

Bu günlərdə müğənni İlhamə Quliyeva həmkarı Flora Kərimovanın yaradıcılığı barədə dedikləri ilə hər kəsi təəccübləndirib.

Belə ki, müğənni "A-dan Z-yə" verilişinin qonağı olarkən F.Kərimova ilə bağlı xoş sözlər söyləyib. Onun sənətinin, səs diapazonunun böyük olduğunu, onda olan səs imkanlarının heç bir xanım müğənnidə olmadığını və ona Allahdan can sağlığı arzu etdiyini bildirib.

Bu açıqlamadan sonra uzun illərdir ki, küsülü olan bu xanım müğənnilərin barışacağı güman edilirdi.
Axşam.az-n məlumatına görə, xalq artisti Flora Kərimova bu barədə musavat.com-a açıqlama verib. Müğənninin sözlərindən məlum olub ki, barışıq haqda edilən gümanlar yersizdir:

"Mən onu sənətkar hesab etmirəm və onun mənim yaradıcılığıma verdiyi qiyməti də "siyasi oyun" adlandırıram.

Gərək vaxtında məni məhkəmələrdə süründürəndə, mənəvi zərbə vurmaq istəyəndə bu haqda düşünəydi. Həmin çətin anlarda ona əyilməmişəmsə, ömrümün bu çağında da əyilmərəm. Mən fikrini, yolunu dəyişən insanlardan deyiləm. Heç vaxt onun yalanlarına inanmamışam və bundan sonra da inanmaram.
İlhamə Quliyeva həmişə çalışırdı ki, məni səhnədən, sənətdən uzaqlaşdırsın. Bir vaxtlar səhnədən getdiyim zaman şayiələr yayırdı ki, guya bu məsələdə onun əli var. İndi deyirəm: "İlhamə bəsdir, yetər bu oyunlar!"

Qeyd edək ki, İlhamə Quliyeva Flora Kərimovanın qızı Zümrüdü çox sevdiyini və onun da özünə qarşı sevgisi olduğunu vurğulayıb.

Flora Kərimova bu barədə də danışıb:

"Zümrüd balaca olanda daş-qaşa meyilli uşaq idi. İlhamə Quliyeva da efirə, səhnəyə həmişə alabəzək daş-qaşlarala çıxdığından, qızımın ona qarşı marağı yaranmışdı. Lakin bu, çoxdan olub.

Zamanında övladlarımın ünvanına şər sözlər, təhqirlər deyən İlhamə Quliyeva indi birdən-birə bu vasitə ilə barışmağa cəhd edir. Görəsən, mənim ailəm, uşaqlarım haqqında dediyi təhqirləri nə tez unudub? Məgər onları bağışlamaq olar?"

Tarix
2015.04.26 / 21:48
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla