Axar.az
Yuxarı

Axar.Az Logo

"Ulduz səfir olmağın ayrı ləzzəti var" - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan möhtəşəm tarixi hadisənin astanasındadır. Bakıda I Avropa Oyunlarının keçiriləcəyi zamana sayılı günlər qalıb.

Bu tədbir ərəfəsində Bakı-2015 Avropa Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva Publika.az-a müsahibə verərək beynəlxalq tədbirin əhəmiyyətindən danışıb.

- Tünzalə xanım, ulduz səfir missiyasını daşımaq necə bir hissdir?

- Mən həm bir musiqiçi, həm vətəndaş, həm də ulduz səfir olaraq üç xoşbəxtliyi bərabər daşıdığıma görə qürur duyuram. Ulduz səfir seçilməyimi həyatımda gözəl bir şans kimi dəyərləndirirəm və buna görə qürur duyuram. Hesab edirəm ki, bu, mənim həyatımda parlaq bir səhifə kimi qalacaq. Dünyada çox qlobal hadisə olan Avropa oyunlarına verəcəyim töhfəyə görə qürurlanmamaq mümkün deyil. Ölkədə tanınmış bir musiqiçi, populyar bir sima olaraq auditoriya qarşısına keçib təbliğat aparırıq. Səfir olmağın ayrı bir ləzzəti var. Mən digər ulduz səfirlərdən fərqli olaraq iki missiya daşıyıram, eyni zamanda, könüllülərin də səfiriyəm. Könüllülərlə görüşürəm, onları həvəsləndirirəm. Əslində mən elə özümü də könüllü sayıram. Baxmayaraq ki, məni səfir adına layiq görüblər.

- İdmanın atıcılıq növü üzrə səfir seçilmisiniz. Maraqlıdır, əvvəllər heç idmanın bu sahəsinə marağınız vardımı?

- Bəlkə də bu, qismətdəndir ki, bəxtimə məhz atıcılıq üzrə ulduz səfir seçilmək düşdü. Çünki doğrudan da mən idmanın bu növünü həmişə sevmişəm, maraq göstərmişəm. Bu idman növündən danışarkən ilk növbədə gözümüz önünə atıcılıq üzə Olimpiya və Dünya Çempionu Zemfira Məhdiəddinova gəlir. Mən onu şəxsən tanıyıram və aramızda dostluq münasibətləri var. Biz bir-birimizin uğurlarına sevinən insanlarıq və onun hər qələbəsinə görə qürur duyuram. Ölkəmizdə keçiriləcək Avropa Oyunları bir daha mənə fürsət yaratdı ki, bu idman növü ilə daha yaxından tanış olum. Eyni zamanda öz tamaşaçılarımı bu idman növünə həvəsləndirim, onlara bir çağırış edim. Çünki bu idman növü üzrə Bakımızda Avropa Oyunları çərçivəsində müxtəlif məkanlarda yarışlar keçiriləcək, dünyanın məşhur atıcıları Azərbaycana gələcəklər.

Artıq gənc idmançılarımızla da Zemfira xanım hazırlıq işləri aparır, mütəmadi məşqlər keçirilir. Onların hər biri həyəcan keçirirlər, təbii ki, ən layiqliləri qalib olacaq.

- Ölkəmizdə keçiriləcək bu möhtəşəm tədbirin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Avropa Oyunları ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Bu oyunların ölkəmizdə keçirilməsini böyük bir mədəniyyət hadisəsi kimi qiymətləndirmək olar. Eyni zamanda ölkəmizin imicinə çox müsbət təsir edən bir hadisədir. Azərbaycan gənc bir ölkədir, amma buna baxmayaraq, dünyanın güclü dövlətləri ilə eyni sırada dayana bilirik. Artıq Azərbaycan dünyanın siyasi gücü olan dövlətləri ilə eyni səviyyədə sözünü deyə bilir. Etiraf edək ki, idman həm siyasət, həm bütün sivilizasiyaların görüşü, həm də mədəniyyət festivalı deməkdir. Bu mənada, Azərbaycan belə bir möhtəşəm tədbiri keçirməklə çox şeylər qazanır. Beynəlxalq aləmə nüfuzlu bir dövlət olaraq imza atır. Eyni zamanda qapılarını dünya xalqlarının üzünə açır, barış-dostluq nümayiş etdirir. Bütün ölkələrə çağırış edir ki, bəli, biz bütün xalqlarla görüşə bilirik, əl-ələ verə bilirik, dostluq etməyi bacarırıq.

- Bakı-2015 ilk Avropa Oyunlarına həsr olunan mahnı ifa etməyiniz də, bildiyim qədər, könüllü olaraq ürəyinizdən keçib...

- Bəli, I Avropa Oyunlarının ulduz elçisi olaraq mən də yarışlara öz töhfəmi mahnı ilə vermək istədim. Avropa Oyunlarına həsr olunmuş "Bakımın üzü gülür" adlı mahnı bəstələdim. Mahnının Azərbaycan versiyası Avropa Oyunlarının ən böyük partnyorlarından biri olan "Koka-kola" şirkətinin video çarxında səsləndirilir.

Bütün dünyanın diqqətini iyunda ölkəmizə yönəldəcək Avropa Oyunları üçün ifa edəcəyim mahnının ingilis versiyasını məşhur fransalı müğənni Kelli Coys təqdim edəcək. Kelli ilə yaxın dostluğumuz var və təklifi də o özü mənə etdi. Artıq gözəl nəticə əldə etdik. Hər kəs bu mahnını maraqla izlədi. Mayın əvvəllində mahnının klip versiyası da təqdim olunacaq.

- Bildiyimiz qədər, Avropa Oyunlarına bir könüllü olaraq töhfələriniz bununla da kifayətlənməyəcək, qarşıda solo-konsertiniz də gözlənilir…

- Bəli, 22-23 may tarixlərində Heydər Əliyev Mərkəzində I Avropa Oyunlarına həsr olunmuş "Xoş gəldin" adlı möhtəşəm konsertim baş tutacaq. Ölkə xaricində tez-tez konsertlərim olur, amma öz ölkəmdə konsert üçün çox darıxmışdım. Mən orda bütün sevənlərimi gözləyirəm. Sadiq tamaşaçılarıma canlı musiqi performansları vəd edirəm. Bax belə bir ərəfədə çox həyəcanlıyam.

- Yaxınlarınızdan kimlərsə bu oyunlarda iştirak edəcəkmi?

- Qızım Fidan idmanı, aktiv həyat tərzini çox sevir. Mütəmadi Avropa Oyunlarının keçirilməsi ilə bağlı hər xəbəri izləyir və ölkəmizdə belə bir tədbirin keçirilməsinə görə çox sevinir.

- Tünzalə xanım, burdan sevənlərinizə səslənib nə çağırış edərdiniz?

- Mən insanlara demək istəyirəm ki, idman həm də sağlamlıq, faydalı həyat tərzi, hər zaman formada qalmaq deməkdir. Bu mənada mən də çağırış edirəm, yaxınlarıma, dostlarıma, onların ailəsinə, eyni zamanda sevənlərimə, bütün insanlara ki, gəlib Avropa Oyunlarına tamaşa etsinlər, həzz yaşasınlar. Onu da deyim ki, ətrafımda Avropa Oyunlarına maraq göstərən, gəlib izləmək istəyən çoxlu sayda insanlar var. Mən onların hamısını Avropa Oyunlarında gözləyəcəyəm. Bu bir fürsətdir, bu fürsəti qaçırmayın.

Tarix
2015.04.27 / 15:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Hadisə və Əbru arasında Zərrab davası - ABŞ-a gizli səfər

Röya ağır xəstəliyə tutulub - Özü danışdı

Serialın 22 aktyoru koronaya yoluxdu, çəkiliş dayandı

Afət Fərmanqızı biznesə başladı - Foto

Speys TV-nin növbəti uğuru: yeni və fərqli layihə - Foto

Pətək Dinçöz Bakıda restoranın açılışında - Video

Müğənnidən şok: 1 gündə 500-dən çox gizli toy olur

Azərbaycanlı model ərəb iş adamı ilə ailə qurur - Foto

Türkmənistan prezidenti yeni mahnı yazdı - Video

Şou əhli karantindən sonra toylara neçəyə gedəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla