Yuxarı

“Başıma saç əkdirmişəm də, keçəl qalasıydım?”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Başıma saç əkdirmişəm də, keçəl qalasıydım?”

Kişi müğənnilərimiz niyə plastik əməliyyat etdirirlər?

Kişi müğənnilərimizin də plastik əməliyyat etdirdiyi kimsəyə sirr deyil. Bu, hansı zərurətdən doğur; səhnə tələb edir, yoxsa, sadəcə, müğənnilər kompleksə girirlər?

Bununla bağlı müğənnilərin özlərilə əlaqə saxlayıb danışdıq.

İlk olaraq sualımızı müğənni Vasif Məhərrəmliyə ünvanladıq və belə bir sərt cavab aldıq: "Nə plastik əməliyyat etdirmişəm ki? Başımda tük olmadığı üçün başıma saç əkdirmişəm də, keçəl qalan deyildim ki".

Müğənni Elariz Məmmədoğlu: "Səhnədə qəşəng görünmək üçün saç əkdirdim, kompleksim olmasın deyə".

Nadir Qafarzadənin köməkçisi isə belə cavab verdi: "Nadir bəy hazırda belə suallara cavab vermək istəmir".

Cavanşir Məmmədov cavabını isə biz nə özümüzə, nədə ki, oxucularımızın nəzərinə yetirib oxumasını heç yaraşdırmırıq. Qeyri-etik, sərt cavab verərək plastik əməliyyat etdirənləri təhqir etdi və ağlasığmaz kobud təhqiramiz sözlər danışdı.

Gerçəkdənmi plastik əməliyyat etdirmək pis əməldir ki, bu zərurətdən doğuran kompleksi özünə ayıb bilir və əməliyyat etdirdiklərini gizlədirlər. Bu suala aqressiv reaksiya nədən doğur? Psixoloq Dəyanət Rzayev izah edir:

Plastik əməliyyata qadağa nə dində var, nə də...

- Biz demokratik və sivil ölkədə yaşayırıq. Deyirsiniz ki, kişi müğənnilər plastik əməliyyat etdirir, bəli, gedib kiminsə bostanına daş atmır, heç kəsi təhqir etmir ki! Bu onun şəxsi işidi. Buna heç kəs müdaxilə və təhqir edə bilməz. Qeyd edək ki, bizim millət normal saymır və sərt qarşılayır bunu, amma bu normal bir haldır. Plastik əməliyyat etdirən insanlarda xarici görünüşündə qüsur və kompleks olduğu üçün əməliyyat etdirirlər. Plastik əməliyyata qarşı qadağa nə dində var, nə də qanunda. Ümumiyyətlə, kişinin saçını rəngləməsi İslam dinində də var. Kişilər saçını hər rəng də istəsələr, boyaya bilərlər. Sadəcə, yaşlı kişilər qara rəngdə boyamalıdır. Burda pis heç nə yoxdur. Məsələn, kim quldurluq edir, kim adam öldürür biz ona deyirik ki, o kişi adamıdı. Amma kim özünə normal fikir verirsə, biz onu tənqid edirik. Bu hələ bizdə formalaşmayıb".

Tarix
2014.01.16 / 18:00
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla