"Birinci xanımlar klubu"nun
ənənələri "prezidentlik institutu"ndan heç də geriyə qalmır. Bu
ənənələr əsrlərlə formalaşıb və sarsılmaz olub. Bu ənənələrdən biri
də ölkənin birinci xanımları üçün "Tiffany"dən zinət
əşyalarıdır.
Linkolndan başlayan yol
Prezidentlərin öz xanımlarına "Tiffany"dən necə cəvahirat
hədiyyə etmələri haqda çox hekayələr var. Bütün bu tarixin təməlini
isə ABŞ-ın dahi prezidentlərindən biri olan Avraam Linkoln
qoyub.
Sevgisinin rəmzi olaraq Linkoln həyat yoldaşı Meriyə
"Tiffany"dən boyunbağı, sırğa və qolbağıdan ibarət mirvari dəsti
hədiyyə edib. Meri bu dəsti 1862-ci ildə həyat yoldaşının
inaqurasiya mərasimində taxıb. Bununla birinci xanımlara
"Tiffany"dən hədiyyələr ənənəsinin təməli qoyulub.
Andındakı sözlər
Prezident Eyzenhauer yoldaşı Meymi üçün özü "Tiffany"dən çələng
şəklində ulduzlu qızıl medalyonun dizaynını yaradıb. Çələngin bir
üzündə onun andı - "For never failing help since 1916 — in calm and
in stress, in dark days and in bright. Love Ike, Christmas, 1955"
("Sakitçilik və stressdə, qaranlıq və işıqlı günlərdə 1916-cı ildən
heç bir zaman tükənməyən köməyi üçün. Milad. 1955") sözləri
oyulub.
Nişan üzüyü
Daha bir birinci ABŞ xanımı - Eleonora Ruzvelti "Tiffany" ilə
yalnız prezidentlik dövrü yox, eləcə də bütün həyat hekayəsi
bağlayır. ABŞ-ın prezidenti və onun gələcək həyat yoldaşı Franklin
Delano Ruzvelt 1904-cü ildə ona "Tiffany"dən 3,4 karatlı brilyant
üzük hədiyyə edərək evlilik təklif edib. Üzük onu elə heyrətə
gətirib ki, Eleonora Ruzveltə məktubda belə yazıb: "Siz ikinci belə
bir üzük tapa bilməzdiniz ki, mənim bu dərəcədə xoşuma gəlsin".
Optimizm simvolu
Jaklin Kennedi ABŞ-ın birinci xanımı olanda yoldaşı ona
"Tiffany"dən Jan Şlümberje dizaynı olan çiyələk formasında rubin və
brilyantla bəzədilmiş yaxa sancağı hədiyyə edib. Jaklinin
təkrarolunmaz üslubu onu ən zərif və eleqant birinci xanımılarından
biri edib. O, yoldaşının prezidentlik dövrünün optimizm simvolu
hesab olunub.
Ailə dəyəri
Azərbaycanın birinci xanımı üstünlüyü "Tiffany"nin Şlümberje
dizaynı olan üzüyünə verib. Azərbaycan prezidenti ilə ənənəvi Yeni
il müsahibəsinin şəkillərində bu üzük güclü bir ailə dəyəri
simvoluna çevrilib.
Gümüş ənlik-kirşan qabı
Böyük Britaniyanın kraliçası II Elizabetin brilyant yubileyinə
Obama cütlüyü əlahəzrətə "Tiffany"dən 1950-ci ilin unikal gümüş
ənlik-kirşan qabı təqdim ediblər. Bu hədiyyəni kraliça xüsusi
təşəkkürlə qəbul edib.
Onları birləşdirən cəhət
Onları bölən məsafə və zamana baxmayaraq, müxtəlif ölkələrin və
dövrlərin birinci xanımları öz individuallıqları ilə unikal olsalar
da, onların çox ümumi xüsusiyyətləri də olub. Özəlliklə bu,
"birinci xanımlar klubu"nun ümumi ənənə və dəyərlərinə aiddir.