Yuxarı

Bakı Konqresində dünya mediası müzakirə olunacaq - Marşal

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Konqresində dünya mediası müzakirə olunacaq - Marşal

Noyabrın 16-da Bakıda işə başlayacaq Dünya Xəbər Agentliklərinin V Konqresində dünyanın aparıcı media qurumlarını düşündürən, narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Bu nüfuzlu tədbirə qatılan bütün xəbər agentliklərinin peşəkar gündəliyi var. İnanıram ki, noyabrın 16-17-də keçiriləcək mötəbər beynəlxalq tədbir dünya xəbər agentliklərinin qarşılaşdıqları aktual problemlərin həlli yollarının birgə müzakirəsi baxımından faydalı olacaq.

Bu fikirləri AzərTac-a müsahibəsində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal səsləndirib.

"Biz Konqresdə, həmçinin jurnalistlərin təhlükəsizliyi, xəbərə fərdi yanaşma metodları kimi vacib məsələləri də müzakirə edəcəyik", - deyə K.Marşal bildirib.

Xatırladaq ki, noyabrın 16-dan 18-dək Bakıda Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçiriləcək.

Tədbirin açılış mərasimi Heydər Əliyev Mərkəzində olacaq.

Tarix
2016.11.15 / 20:44
Müəllif
Axar.Az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla