Yuxarı

Bakıda agentliklərin innovasiyası müzakirəyə çıxarıldı - Foto

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda agentliklərin innovasiyası müzakirəyə çıxarıldı - Foto

Heydər Əliyev Fondunun və AzərTac-ın birgə təşkilatçılığı ilə noyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində ilk günün sonuncu – üçüncü sessiyası "Xəbər agentliklərinin innovasiyası" mövzusuna həsr olunub.

Axar.az xəbər verir ki, müzakirə edilən mövzunun aktuallığını bildirən sessiyanın moderatoru, Avstraliyanın AAP agentliyinin baş direktoru Brus Davidson bu barədə fikir və təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Sessiyada Almaniyanın DPA agentliyinin baş texniki direktoru Meinolf Ellers, İspaniyanın EFE agentliyinin videojurnalisti İqnasio Martin, ABŞ-ın Associated Press (AP) agentliyinin Asiya və Sakit okean ölkələri üzrə xəbər direktoru Ted Antoni, Böyük Britaniyanın Reuters agentliyinin beynəlxalq satış direktoru Anita Tobias, Türkiyənin Anadolu Agentliyinin idarə heyətinin sədr müavini Şaban Kızıldağ, TASS agentliyinin baş direktoru Sergey Mixaylov və Yaponiyanın Kyodo agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Kakuya Oqata mövzu ilə bağlı fikirlərini bölüşüblər. Qeyd edilib ki, hazırda dünyada daim yeniləşən rəqəmsal dəyişikliklər baş verir. Zaman keçdikcə isə bu proseslər daha da inkişaf edəcək və hər bir xəbər agentliyinin iş prosesində əsas rol oynayacaq.

Tarix
2016.11.16 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla