Yuxarı

Kropş: "Bakıda dünya mediasının gələcəyi..."

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kropş: "Bakıda dünya mediasının gələcəyi..."

Dünyanın 130-dək aparıcı xəbər agentliyinin rəhbərləri və təmsilçiləri Bakıda bir araya gələrək dünya mediasının ən mühüm problemlərini müzakirə etdilər və faydalı fikir mübadiləsi apardılar. Dünya mediasının gələcəyi Bakı Konqresində gündəmə gətirildi, nüfuzlu media mənsubları onları narahat edən, düşündürən qlobal məsələlərin birgə həll etməyə və həmrəyliyə səslədilər.

Axar.az xəbər verir ki, bu sözləri Dünya Xəbər Agentlikləri Konqresinin iştirakçısı Almaniyanın DPA agentliyinin icraçı direktoru Peter Kropş AzərTac-a məxsusi müsahibəsində söyləyib.

Peter Kropş qeyd edib ki, xəbər agentliklərinin qarşılaşdığı çağırışlardan çıxış yollarının, müasir jurnalistikada rəqəmsal texnikaya keçidin yaratdığı maliyyə problemlərinin və ən nəhayət mətbuat azadlığı kimi məsəllərin müzakirəsi baxımından Bakı Konqresinin əhəmiyyəti danılmazdır.

İcraçı direktor rəhbərlik etdiyi agentliyin AZƏRTAC ilə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb.

Bakıya bir neçə dəfə səfər etdiyini bildirən qonaq deyib: "Azərbaycan tarix və mədəniyyət baxımdan çox zəngin bir ölkədir. Bu müxtəlifliklə yaxından tanış olmaq üçün çox vaxt lazımdır. Konqres çərçivəsində Bakını az da olsa gəzdim. Burada hər dəfə gördüyüm əzəmətli yeni binalar məndə belə bir təəssürat yaradır ki, Azərbaycanın digər şəhərləri və regionları da Bakı kimi gözəldir və inkişaf edib. Bu, ölkənizin müstəqillik illərində qazandığı misilsiz nailiyyətdir".

Tarix
2016.11.18 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla