Yuxarı

"Əl-Dustur" İrəvanın təcavüzkar siyasətindən yazdı

Ana səhifə Media
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Əl-Dustur" İrəvanın təcavüzkar siyasətindən yazdı

İordaniyanın nüfuzlu "Əl-Dustur" qəzetində və "Ammonnews" xəbər agentliyində səfir Muvaffaq Əl-Acluninin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı məqaləsi dərc edilib.

Səfirlikdən Axar.az-a bildiriblər ki, məqalənin əvvəlində İordaniya Kralı II Abdullahın Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu yer alıb.

Yazıda Bakı şəhərinin gözəlliyindən, Azərbaycanın müsəlman Şərqində ilk demokratik dövlət olmasından, beynəlxalq əlaqələrindən, investisiya qoyuluşu və turizm sahələrindəki nailiyyətlərindən, ölkəmizdəki tolerantlıqdan danışılır. Müəllif, eyni zamanda, Azərbaycandakı siyasi sabitlikdən və iqtisadi inkişafdan, ölkəmizin strateji əhəmiyyətli və əsas ticarət yollarının kəsişməsində yerləşməsindən, neft, qaz və digər təbii sərvətlərlə zəngin olmasından, həmçinin Azərbaycan–İordaniya əlaqələrindən bəhs edir.

Bundan başqa, məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, beynəlxalq birlik tərəfindən bu siyasətin qətiyyətlə pislənilməsindən, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdən söhbət açılır. BMT Baş Məclisinin, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının, NATO-nun, Qoşulmama Hərəkatının və digər beynəlxalq qurumların da müvafiq qərar və qətnamələr qəbul etdikləri diqqətə çatdırılır. Vurğulanır ki, bu sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilir, işğal edilmiş torpaqların qeyd-şərtsiz geri qaytarılması tələb olunur.

Tarix
2016.11.23 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla