Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2019


Bu gün möhtəşəm olacaq, görəcəksiniz - Hərbçimiz

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Ordumuzun yaranmasının 100 illiyi tamam olur. Bu münasibətlə paytaxt Bakıda möhtəşəm hərbi parad keçiriləcək.

Paradda iştirak edəcək hərbçimiz Elxan Məmmədov hərb sənəti ilə bağlı fikirlərini Kult.az-la bölüşüb.

- Nə üçün hərbçi oldunuz? Daha rahat həyatdan imtina edərək, çətinlik içərisində yaşamağı seçməyinizə səbəb nədir?

- Mülki paltar geyinəndə özümü narahat hiss edirdim. Amma formamı geyinəndə, necə deyərlər, özümü kişi kimi hiss edirəm. Məncə, hərb tam bir kişi işidir. Hərb çətindir, mən isə çətinliyi sevirəm, çətinlikdən həzz alıram. Bilmirəm, ürəyimdəki vətən sevgisindən irəli gəlir, ya da özümü vətənimə borclu hiss edirəm. Xalq olaraq içimizdə yaxşımız da var, pisimiz də. Amma Vətən sevgisi xalqını yaxşısı, pisi ilə birlikdə qorumaq instiktinin yaranmasına səbəb olur. Hərbçi olmaq mənə görə, ailəmi və xalqımı qorumaqdır.

- Sizin üçün əsgərlik ilə “hərbçi” peşəsi eyni mənanı ifadə edirmi?

- Əsgərlik müddətli olsa belə, sevgi ilə dolu idi, mənə görə. Özümü elə orada tapdım. Amma hərb elədir ki, hardasa elə bilirsən ki, səhər işə gedirsən. Əsgər olanda isə tam olaraq Vətənin keşiyində durursan. Yəni bayramları, toyları xidmətdə olanda çox sevinirəm. Çünki fikirləşirəm ki, mən xidmətdəyəm deyə yaxınlarım arxayın ola, rahat şənlənə bilərlər.

- Bir nəfər əsgərliklə bağlı fikirlərini bölüşərkən hərbinin heç də "kişilik məktəbi" olmadığını demişdi. Bu fikrə münasibətin necədir?

- Yox, o fikrin tam əleyhinəyəm, elə insanlar zəif insanlardır. Əsgər olmağın təməli çətinlikdir. Əgər çətinlik görmürsənsə, deməli, sən vətəni qoruya bilməzsən. Niyə? Çünki istər psixoloji, istər mənəvi, istər fiziki çətinlik çəkməsən, vətəni qoruya bilməyəcəksən. Ona görə ki, düşmən sənə heç vaxt güzəştə getməyəcək, əlinə keçsən, ən ağır işgəncə metodlarından istifadə edəcək. Bu səbəbdən hərbin strukturu elə qurulub ki, sən çətinlik görəsən və sabah döyüş şəraitində döyüş sənə asan gəlsin, qorxu hissin olmasın. Eləcə də mülki həyatda faydası olduqca böyükdür. Həyatda asan yaşayırsan, çünki əsgər olanda hər əziyyəti görmüş olursan. Əsgər gedəndə birdən-birə heç tanımadığın mühitə düşürsən. Tanımadığın insanlar, tanımadığın ortam səni sıxır və sən öz yerini möhkəmləndirmək üçün başlayırsan mübarizə aparmağa. Bu isə özünü tanımağa, nəyə qadir olduğunu bilməyə imkan yaradir.

Təsəvvür elə, birdən-birə 100 nəfərin içinə düşürsən, hərə bir psixologiyada, hərə bir cür və sən hamı ilə yola getmək, özünü yaxşı tərəfdən göstərmək üçün çalışırsan. İnsanların psixologiyasını məcburən öyrənir, hər üzünü görürsən və özün də hər üzünü ortaya qoyursan ki, daha rahat yaşayasan. Bu həyat, yəni əsgərlik həyatı böyük məktəbdir. 1 il yarımda bəlkə də ömür boyu görə bilməyəcəyin hadisələr, vəziyyətlərlə qarşılaşırsan. Bu isə insana gündəlik həyatında çox kömək olur. Qısacası, düşünürəm ki, kim ki əsgərlikdə olmayıb, məncə, mülki həyatda rastlaşdığı çətinliyə sinə gərə bilməz.

- Son olaraq, hərbi paradda nələr gözlənilir?

- Çox möhtəşəm olacaq, özünüz görəcəksiniz...

Tarix
2018.06.26 / 08:00
Müəllif
Aytac Araz
Şərhlər
Загрузка...
Digər xəbərlər

İran hökuməti ümidini itirəcək - Güneyli din xadimi

"Bu şəhərdə"yə qadağa götürüldü: "Afət sürprizi" gəlir

O, gecələr ruh kimi gəzir, gündüz isə... – Müsahibə

“Savaşçı”dakı aktyorumuz: O qız böyük səhv etdi - Foto

Bu ərazi rayon statusu alsın – Mühüm təklif

Oxu Akademiyası kino kursları elan edir

Ermənilərin 300 min təklif etdiyi azərbaycanlı – Video

Gözüm aydın ki, qardaşım oğludur – Yazıçı-deputat

Dilçi alimin dillə bağlı yazısı tənqid edildi – Həmkarı nələr dedi?

Mediamız bu şəxslərin çiynindədir - Rauf Arifoğlu

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla