Yuxarı

Deputat oğlu olan rejissor ağır durumda: danışa bilmir - Foto

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat oğlu olan rejissor ağır durumda: danışa bilmir - Foto

Fəxrəddin Hüseynov... O, məşhur “Cin mikrorayonda” filminin və başqa bir neçə ekran işinin ikinci rejissoru olub. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdindəki 18 yaşdan yuxarı yaşayış yeri olmayan şəxslər üçün nəzərdə tutulan sığınacaqda məskunlaşıb. Fəxrəddin bəy ağır insult keçirdiyindən danışa bilmir. Rejissorun dəhşətli taleyini Kult.az-a bacısı Kəmalə Hüseynova danışır...

- Qardaşım Fəxrəddin 1960-cı il martın 30-da Ağdamda ziyalı ailəsində dünyaya göz açıb. Atam Hüseynov Hüseyn 30 il Ağdam maliyyə şöbəsinin rəhbəri olub. Anam Rüstəmova Səlimə 40 il orta məktəbdə müəllim vəzifəsində çalışıb və 3-cü çağırışla Ağdam rayonu üzrə Ali Sovetin deputatı seçilib.

Fəxrəddinin uşaq yaşlarından yaradıcılığa meyili olub; musiqi məktəbinin tar sinfini bitirib. Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil aldıqdan sonra, 1982-ci ildə Murmansk vilayətində hərbi xidmət keçib...

Kəmalə xanım vurğulayır ki, Fəxrəddin bir zamanlar öz yaradıcılığının pik nöqtəsində idi. Hicran Nəsirova, Azad Şükürov, Aşıq Yadigar və başqa görkəmli yaradıcı insanlarla bərabər təhsil alan Fəxrəddin öz həyatını kinostudiya rəssamı Şəmsiyyə Hüseynzadə ilə qurub, lakin onlar sonradan boşanıblar. Hazırda Fəxrəddinin 27 yaşlı Cəmilə adlı qızı və 25 yaşlı Şöhrət adlı oğlu var. Zamanında onlar üçün çalışan atanın indi maddi durumu pis olduğundan, uşaqları onunla maraqlanmırlar.

- 1986-cı ildən sonra uzun müddət Orenburqda yaşayan Fəxrəddin tez-tez Rusiya vilayətlərinə qazanc dalınca gedirdi. Bir gün ona zəng etdim, cavab verən olmadı. Sonra qəfil zənglə bildirildi ki, qardaşım ağır insult keçirib, beyninə qan sızıb və nə danışa, nə də yeriyə bilir. Onun Azərbaycana gətirilməsindən sonra, dörd ay ağır yataq xəstəliyində qulluq etdim. Sonra yavaş-yavaş yeriməyə başladı, amma bu hərəkətləri də ağrılı, məşəqqətlidir.

Fəxrəddinin beynində iki ağır düyünlənmiş qan trombu var, onlar dərhal əməliyyat olunmalıdır. Əks halda biz Fəxrəddini itirə bilərik (ağlayır). Türkiyə və İranda əməliyyatını on min dollara həyata keçirməyi söz verirlər. Hazırda onun kəskin başağrıları var və yüksək qan təzyiqindən əziyyət çəkir. Bu, beynində əməliyyat olunacaq laxtalanmış trombların fəsadlarıdır.

Kəmalə xanım bütün oxuculara, yardımsevər, xeyirxah insanlara üz tutur:

- Mən cavan valideynlərimi və 31 yaşında bir qardaşımı (aktyor Yaşar Hüseynovu nəzərdə tutur – red.) faciəvi şəkildə itirmişəm. Fəxrəddindən başqa kimsəm yoxdur. Onun xilas olması üçün, həyatda qalması üçün mənə yardım edin, əməliyyatı üçün maddi köməyinizi əsirgəməyin!

Tarix
2018.10.05 / 13:23
Müəllif
Aynur Nurlu
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla