Yuxarı

“Xankəndiyə çatmışdıq, niyə dayandıq” sualının - Cavabı

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Ermənistanda Paşinyana qarşı birləşmiş müxalifətin lideri Vazgen Manukyan bəyan edib ki, Paşinyanın imzaladığı üçtərəfli Bəyanatın icrasından yayınmaq mümkünsüz olsa da, onlar heç vaxt həmin bəyanatla barışmayacaqlar və Bəyantın hər müddəasının Ermənistanın xeyrinə izah olunmasına çalışacaqlar. Əsas hədəflərindən biri də Rusiya ilə möhkəm dost olmaqla yanaşı, dünyada formalaşan antitürk koalisiyasına üzv olmaqdır. Belə çıxır ki, Ermənistanla sülhdən danışmaq çox tezdir?

- Bəli, sülhdən danışmaq çox tezdir. Erməni faşizminə güclü zərbə vursaq da, erməni faşizmi Qərb ölkələrinə, böyük dövlətlərə ciddi ziyan vurmaq gücündə olmadığı üçün bizə onu alman faşizmi kimi tam məhv etməyə mane oldular. Faşizmə yoluxmuş erməni xalqının növbəti müharibə təxribatlarından qorunmaq üçün güclü, müasir, beşinci nəsil müdafiə və hücum silahları ilə təchiz olunmuş peşəkar orduya sahib olmalıyıq. Bizim xüsusi təyinatlılar Vətən müharibəsində bir daha təsdiq etdilər ki, döyüşə peşəkarlar getməlidir. Müdafiə sənayesini inkişaf etdirilməli, təhlükəsizlik və digər sahələrdə Türkiyə ilə əlaqələri ən yüksək səviyyəyə qaldırılmalıyıq.

- Hamını düşündürən və narahat edən məqmlardan biri də odur ki, keçmiş Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızın bərpa olunması nə qədər zaman ala bilər?

- Bu, regional və beynəlxalq geosiyasi vəziyyətdən çox asılı olacaq. Birgə Bəyanatdan sonra Putin mətbuata verdiyi ilk açıqlamada söylədi ki, status-kvo saxlanılır, status məsələsini isə gələcək rəhbərlər həll edər. Amma onu da qeyd edim ki, Allah böyükdür, siyasi vəziyyətin dəyişməsi dövlət başçılarının da mövqeyini dəyişir. Qərb Türkiyəni Rusiya ilə toqquşdurmaq istəyirdi. Bu alınmayanda, hazırda Yunanıstan və Misirlə böyük müharibəyə cəlb edib zəiflətmək istəyir. Ərdoğan yenidən Prezident seçilərsə və Türkiyə ağır və üzücü müharibələrdən yayınıb hərbi sənaye kompleksinin inkişafını bu sürətlə davam etdirə bilərsə, beş il müddətində dünyada ən müasir dronlarla yanaşı beşinci nəsil qırıcı təyyarələr, min kilometrlərlə məsafədə hədəfi dəqiqliklə vura bilən ballistik raketlər, artilleriya qurğuları, raketdən və hava hücumundan müdafiə sistemlərini, tank və digər silah-sursatı kütləvi istehsal edəcək. Ona görə, bu gün biz əldə etdiyimiz Böyük Qələbənin nəticələrini qoruyub saxlamalı, işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə başlamalıyıq.

- Rusiya ilə münasibətlərimizin gələcəyini necə görürsünüz? Moldova və Gürcüstandakı vəziyyətlə üzləşməyəcəyik ki?

- Rusiya ilə strateji əməkdaşlıq münasibətlərini inkişaf etdirməliyik. Qardaş Türkiyənin dəstəyi və Rusiya ilə dostluq münasibətləri sayəsində torpaqlarımızın 15%-ni işğaldan azad edə bildik. Biz suverenliyimizi məhdudlaşdırmayacaq səviyyədə Rusiyanın maraqlarını təmin etməklə işğal altında qalan 5% ərazimizi təşkil edən keçmiş Dağlıq Qarabağda da dövlət suverenliyimizin tam bərpa olunmasına nail olmalıyıq. Regionda Rusiya, Türkiyə, İran və Azərbaycanın əməkdaşlığına böyük ehtiyac var. Sonradan bura Gürcüstan və Ermənistan da qoşula bilər. Bunun üçün isə digər tərəfdaşlar Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına tövhə verməlidirlər.

- Rusiya hərbçilərini Azərbaycana buraxmadan torpaqlarımızın indiki ölçüdə işğaldan azad olunması mümükün idimi?

- Birmənalı şəkildə deyirəm ki, yox. Rusiya ilə ciddi iş aparıb onun neytral qalacağına əmin olmadan torpaqların işğaldan azad olunması üçün hərbi əməliyyatlara başlamaq çox riskli və dövləti ciddi təhlükə altına atmaq olardı. Düşünürəm ki, Prezident dövlətçiliyimiz üçün ən uğurlu qərarı qəbul edib. Gəlin 20 yanvar 1990-cı ildə öz torpaqlarının müdafiəsinə qalxmış dinc insanlarımızı Kremlin tankın altına salıb gülləbaran etməsini yada salaq. Qərb Qorbaçovu alqışladı ki, dini ekstremizmə qarşı yaxşı mübarizə aparırsan. Birinci Qarabağ savaşını yada salaq. 1992-ci ilin dekabrında ABŞ Azərbaycana dövlət yardımını qadağan edən sanksiya tətbiq etdi. BMT TŞ torpaqlarımızın işğalının qarşısını almaq üçün onun qərarlarını tualet kağızı hesab edən Ermənistana qarşı heç bir effektli tədbir görmədi. Öz ev-eşiyindən didərgin salınmış bir milyon insanın 30 il ağır bir həyat yaşamasına, 20% torpaqlarımızın işğal altında qalmasına, şəhər və kəndlərimizin dağıdılmasına, işğal altındakı bəzi yaşayış məntəqələrimizin məskunlaşdırılmasına qanunun aliliyindən danışan, “mədəni və ədalətli” Qərb dünyası göz yumdu. Ona görə gecə-gündüz Prezidentin bu addımını tənqid edənlər desinlər görək onlar torpaqlarımızı necə azad edəcəkdilər. “Biz Xankəndinə çatmışdıq, niyə dayandıq” deyənlər düşünsünlər ki, Xankəndinə qədər necə gedib çatmışdıq? Rusiya bu münaqişəyə qatılsaydı, kiçik istisnalarla bütün Qərb ölkələri, bəzi dövlətlər Ermənistana hər cür açıq hərbi yardım edəcəkdilər. Böyük dövlətlərin qatıldığı müharibə nəticəsində ölkəmiz viran qalacaqdı. Həm də qardaş Türkiyəni Rusiya ilə müharibəyə cəlb etmək nə qədər vicdanlı davranış olardı? Bu günlərdə siyasətdən uzaq dostlardan biri yarızarafat-yarıciddi söylədi ki, Prezidenti tənqid edən bu insanlar niyə başa düşmür ki, biz rusları yox, onlar bizi Dağlıq Qarabağa buraxıb. Əgər kimsə deyərsə ki, bu bizim haqqımız idi, o zaman belə bir sual ortaya çıxır: Məgər cəngəllik qanunları ilə yaşayan müasir dünyada hər kəs haqq etdiynə sahib ola bilir?

Tarix
2020.12.07 / 14:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla