Yuxarı

Saytdan bu səbəblərə görə getdim – Şərif Ağayar

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Şərif Ağayarın Kult.az-a müsahibəsi:

- Şərif bəy, uzun fəaliyyətdən sonra mediadan ayrıldınız. Sonrakı fəaliyyətinizi harda davam etdirəcəksiniz?

- Nəşriyyatlarla işləyəcəm, yəqin ki, “Qanun” nəşriyyatı ilə. Çünki əvvəldən bu nəşriyyatla əlaqələrim olub, onlarla işləmişəm. Ümumiyyətlə, sayt işindən uzaq durmaq istəyirəm, yəni saytda olan o temp məni yorur. Ona görə də daha sakit və rahat işdə çalışıb, yaradıcılığımla məşğul olmaq imkanım olsun.

- Dünyanın ən məşhur yazıçıları belə daim media ilə əlaqədə olublar, onların bir çox ümumiyyətlə gənclikdə köşə yazılarının qonorarı ilə dolanıb. Sizdə necə, belə bir davam olacaq?

- Əlbəttə ki! Qonorar hesabına saytlarla əməkdaşlıq edərəm. Qonorara yazaram, amma saytda rəhbər kimi işləmək istəmirəm. Mən mediadakı o gərgin tepmdən uzaq durmaq istəyirəm. Bu temp yaradıcılığa, konsentrasiyaya mane olur. Saytda işləmək üçün gərək beynin 7/24 informasiyayla, xəbərlə məşğul olsun.

- Hazırda hansısa kitab üzərində işləyirsiniz? Vətən müharibəsinə həsr olunmuş kitab yazmağı düşünürsünüz?

- Yox, müharibə mövzusunda yox. Amma azad olunmuş torpaqlara qayıtmaq mövzusunda beynimdə irihəcmli əsər var. Bu əsərdə qəhrəman öz torpağına qayıtmaq istəmir. Roman da qəhrəmanın qayıtmaq istməməsinin səbəbləri üzərində qurulub. Burda həm sosial, həm psixoloji səbəblər var. Romanın artıq 7 qrafası hazırdı. Əsər müharibədən qorxanlara ithaf olunacaq. Zaman tapdıqca yazacam onu. Daha bir irihəcmli əsərin qaralamaları da var. Onun üzərində də işləyirəm. Qarşıdakı 5 il ərzində iki roman yazacam, təbii ki, hekayələr də.

- Romanınızın qəhrəmanı azad olunan torpaqlara qayıtmaq istəmir dediniz. Bəs özünüz necə? Laçına qayıdacaqsınız?

- Ümumiyyətlə, mən torpağa bağlı insanam. Laçına, xüsusilə kəndimizə, sakinlərinə böyük sevgim var. Biz ora necə qayıdacağıq, Laçın dəhlizi ilə bağlı mövcud problem var. Bu suala tam səmimi və konkret cavabım yoxdur. Qarşıdan gələn illərdən asılıdır o. Amma qayıdanda mütləq şəkildə Bakı ilə əlaqələrim olacaq. Çünki yaradıcılıq sırf şəhərlə bağlı hadisədir. Şəhərdən biryolluq getmək yaradıcı insan üçün yumşaq desək, yaxşı deyil. Bir müddət gedib orda yazı-pozu ilə məşğul ola, orda qala bilərsən. Rayonda yaşayan ən böyük şair Musa Yaqub idi, amma bir ayağı şəhərdə idi. Fransada belə bir misal var: “Dahilər əyalətdə doğulur, Parisdə ölürlər”. Yəni bütün hallarda ciddi sənətlə məşğul olan insanların paytaxtla əlaqəsi var. Mən istəməzdim ki, azad olunan rayonlara qayıdışı Bakını tərk etmək kimi anlayaq. Bakıda qubalı, xaçmazlı, cəlilabadlı da yaşayır. Bu, çox normaldır. Elə insanlar var ki, onların Bakıda qalması, istər rayon əhalisinə, istərsə də bütöv ölkəyə daha çox fayda verir. Əmin ola bilərsiniz ki, azad olunan torpaqlarda bir qarış belə boş yer tapa bilməyəcəyik. Əhali çoxalıb. Əsas odur ki, torpaqlar bizdədir, bayrağımız dalğalanır. Kimin gedib orda yaşayacağı artıq təfərrüatdır.

- Kitab oxumağa vaxtınız olurmu?

- Zaman tapdıqca oxuyuram. Bu yaxınlarda Vüqar Babazadənin “Arxadakılar” romanını oxudum. Bu roman müəllifin yaşına görə çox uğurludur. Eyni vaxtda bir neçə kitab da oxuyuram. Təəsüf ki, Azərbaycanda kitab və ədəbiyyatla bağlı mühit yaxşı deyil.

- Sizcə, mühitin yaxşı olması üçün nələr lazımdır?

- Mühit sağlam və qaneedici deyil. Ədəbiyyat üçün yaxşı mühitdən biri budur ki, layiq olduğun dəyəri almalısan - ən azından, sözlə: obyektiv münasibət görmək, doğru söz eşidə bilmək, - bunlar hamısı önəmli məsələlərdir. Eyni zamanda, kitab sənayesinin, müstəqil nəşriyyat sisteminin, xüsusilə də kitab bazarının formalaşması lazımdır. Bu məsələlər toplaşıb ədəbi mühiti yaradır. Yəni sağlam mühit çox önəmlidir. Məşhur məsəl var, deyir, toxum var, küllüyə düşür, toxum var, münbit torpağa düşür. Mühit sağlam olmadıqda ən istedadlı insanlar belə orda baş çıxara bilmir, məhv olub gedirlər. Bütün sahələr bu cürdür. Baxın, muğam nə vəziyyətdə idi? Dövlət dəstək verdi, muğam inkişaf etdi. Təkcə muğam deyil, axı muğamdan da vacib sahələr var. Kitab muğamdan da vacibdir. Çünki muğam da hardasa gedib kitabın üstünə çıxır. Bu dünyada elə bir güclü ölkə yoxdur ki, onun kitabı zəif olsun. Bütün qüdrətli ölkələrin ilk növbədə kitabı qüdrətli olub. Ona görə də biz həmişə kitabı uca tutub, o kitabı yaza bilən insanlara dəyər verməliyik.

Tarix
2021.11.01 / 16:42
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla