Yuxarı

Fərda: Zamanında pulun arxasınca düşsəydim...

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Tanınmış aktyor Fərda Xudaverdiyev Moderator.az-a müsahibəsini təqdim edir:

- Fərda bəy, bu günlərdə “Beşbetər” filminin təqdimatı baş tutdu. İstərdim söhbətimizə filmdən geriyə qalan təəssüratlardan danışmaqla başlayaq.

- Filmdə əsas hadisələr mən və aktyor dostum Elməddinin üzərində cərəyan edir. Mövzu belədir ki, imkanlı bir ailənin toyunu çəkmişik və o disk itib. Həmin toyu da biz lentə almışıq. Filmdə də mənim adım Elməddindir. Senarist Fariz Əliyev bu adı çox gözəl fikirləşib. Çox maraqlı, macəra dolu filmdir. Tamaşaçıların rəylərindən də belə qənaətə gəlmək olar ki, film bəyənilib. Çünki filmin piar və reklamını ən yaxşı aparan elə tamaşaçının özüdür. O filmi izləyir, daha sonra gəlib evdəkilərə, dost-tanışına danışır. Pandemiyanın və məhdud sayda tamaşaçıların olmasına baxmayaraq, film kinoteatrlarda böyük tamaşaçı kütləsi tərəfindən izlənilir.

- İllər öncə çox çətinliklə aktyor sənətinə başlamısınız. Hətta sosial şəbəkə və digər platformaların olmadığı bir vaxtda insanları televizor önündə saxlaya bilirdiniz. Bu gün artıq məşhur aktyorsunuz. O illəri tez-tez yada salırsınız

- Mən yaradıcılıq baxımından heç vaxt keçmişə baxmıram. O dünən idi. Bu günün öz reallıqları var. Təbii ki, çox əziyyətlər çəkmişəm, ümidimin tükəndiyi bir vaxtda mənim üçün bütün yollar açılıb. Daim gündəmdə qalmaq, tamaşaçı zövqünü oxşamaq üçün arayıb-axtarmalısan. Bu gün yeni nəslin zövqü, fikirləri tam başqadır. Biz çalışırıq ki, bütün yaş kateqoriyalarını razı salaq. Bəzən misal çəkirlər ki, “mən bu günün adamı deyiləm”. Xeyr, mən elə bütün illərin adamıyam. Çünki müxtəlif illərdə təcrübələr qazanıram və çalışıram ki, istənilən illərdə gənclərin sevimlisi olum. Bu gün arxayın oturmuram ki, mən Fərda Xudaverdiyevəm, nə göstərsəm, baxacaqlar, nə danışsam, qulaq asacaqlar. Əvvəllər bəlkə də imkan da var idi rahat oturmağa, amma indi zamanı qovmaq, işləmək lazımdır. Mənim ruhumun qidası da yumordur. Onu da çalışıram ki, tamaşaçılara çatdırım. Hansısa stendapçıdan eşitmişdim, səhv etmirəmsə Cem Yılmaz da demişdi ki, həyatımıza o qədər terminlər daxil olub ki, ağlımızın ucundan belə keçirməzdik ki, nə vaxtsa “ok” sözünü işlədəcəyik.

- Fərda bəy, konkret qonorarınız varmı?

- Konkret qonorar qiymətim yoxdur. Bu dost-tanışa, yükümüzə görə dəyişir. Bəzən elə olur ki, dostlarımıza kömək edirik. Elə senari ola bilər ki, mən ona təmənnasız da çəkilə bilərəm. Mən zamanında pulun arxasınca düşsəydim buralara gəlib çıxmayacaqdım. Təəssüf ki, indi bir çox gənclər bunun əksini edir, hamısı pulun arxasınca qaçır.

Tarix
2021.12.10 / 01:12
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla