Yuxarı

Azərbaycanlı "O səs Türkiyə"ni heyran etdi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün “O səs Türkiyə” mahnı müsahibəqinin növbəti mövsümünə start verilib. Müsabiqədə azərbaycanlı iştirakçı Adil Baxışlı “Unchained Melody” mahnısını səsləndirib və münsiflərdən Hadisə ilə Gökhanı özünə tərəf döndürə bilib. Hadisə onun səsinə valeh olduğunu bildirib və ifa tərzini Elnur Hüseynova bənzədib. A. Baxışlı isə Hüseynovla eyni müəllimdən dərs aldığını deyib. Gökhan Öztürk də Adilin səsini bəyəndiyini deyib. Həmyerlimiz sonda Hadisənin komandasında yarışmaq istədiyini deyərək onu seçib.

Sosial şəbəkədə də tamaşaçıların dəstəyini alan A. Baxşıyev Musavat.com-un suallarına cavab verib.

- Adil Baxışlı kimdir? Özünüzü oxuculara necə təqdim edərdiniz?

- Masallı rayonunda anadan olmuşam. 28 yaşım var. Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyyət göstərən musiqi kollecini bitirmişəm. Restoranlarda səhnəyə çıxıram. Eyni zamanda avtomobil kirayəsi şirkətim var.

- Necə oldu ki, “O səs Türkiyə”yə qatılmağa qərar verdiniz?

- İzlədiyim müsabiqədir. Orada şansımın çox olduğunu düşündüm. Eyni zamanda “O səs Türkiyə” tanınmaq üçün gözəl yoldur. Səsimə də çox güvənirdim. Beləliklə, müsabiqəyə qatıldım. İstədiyim nəticəni də əldə etdim.

- Niyə Gökhan yox, Hadisə...?

- Hadisə məni komandasında daha çox istəyirdi. Həm də ifa tərzimiz bir-birinə yaxındır.

- “O səs Türkiyə” müsabiqəsində birinci ola biləcəyinizə inanırsınız?

- Səsimə güvənirəm. Əlbəttə, inanıram. Birinci olmaq üçün qatılmışam.

- Müsabiqəyə seçilməyinizə ailənizin reaksiyası necə oldu?

- Ailəm həmişə uğurlarıma sevinirlər. Hər zaman mənə dayaqdırlar. Mənim müsabiqəyə seçilməyimə çox sevindilər. Mənə hər zaman dəstək olduqları üçün təşəkkür edirəm.

- Sosial şəbəkədə tamaşaçılar öz dəstəklərini sizə bildirdilər.

- Səsimi bəyənənlər mənə dəstək olur. Sosial şəbəkə vasitəsi ilə insanlar ürək sözlərini yazır, uğurlar arzulayırlar. Bizim xalq musiqini yaxşı duyur, gözəl səs sahibinə dəstək olurlar. Onlara minnətdaram.

- Avrovoziya-2012 mahnı müsabiqəsinin milli seçim turunun yarımfinalçılarından birisiz. Yenidən o müsabiqədə iştirak etmək üçün hər hansı addım atmaq və ölkəmizi təmsil etmək istəyirsiniz?

- Azərbaycanı təmsil etmək ən böyük arzularımdan biridir. Müsabiqədə iştirak etməyi çox istəyirəm. Qismət olsa, mən də o səhnədə çıxış edərəm.

- Gələcək hədəfləriniz nələrdir?

- Musiqi sahəsində böyük işlər görmək istəyirəm. İlk hədəfim Türkiyədə albom buraxmaqdır.

Tarix
2017.10.08 / 14:38
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla