Yuxarı

Qalyano: Azərbaycanlı musiqiçilərlə birgə...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalyano: Azərbaycanlı musiqiçilərlə birgə...

Bakıya ilk dəfə səfər etməkdən məmnunam və azərbaycanlı musiqiçilərlə birgə konsert verməyi səbirsizliklə gözləyirəm.

Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə XII Bakı Beynəlxalq Caz Festivalında çıxış etmək üçün paytaxtımıza gələn fransalı dünya şöhrətli akkordeon və bandoneon ifaçısı, bəstəkar Rişar Qalyano jurnalistlər üçün keçirilən mətbuat konfransında deyib.

Tədbirdə əvvəlcə çıxış edən Fransanın Azərbaycanda səfiri xanım Orelia Buşez festivalın ölkələrimiz arasındakı mədəniyyət əlaqələrinin genişləndirilməsi üçün önəmli olduğunu vurğulayıb. Rişard Qalyanonun festivalda iştirakının onlar üçün bu tədbirin əhəmiyyətini daha da artırdığını deyən səfir qeyd edib ki, musiqiçini nəinki Fransada, həm də bütün dünyada "canlı əfsanə" adlandırırlar.

Rişar Qalyano Bakıda insanların istiqanlı olmasının onda xoş təəssürat oyatdığını qeyd edib. Müxtəlif ölkələrin milli musiqilərinə qulaq asdığını diqqətə çatdıran fransalı ifaçı Azərbaycan muğamını dinləmək istədiyini bildirib. O, Bakıdakı konsertinin caz pərəstişkarlarının yaddaşında hələ uzun müddət qalacağına inamını ifadə edib.

Qeyd edək ki, əllidən çox diski işıq üzü görən Rişard Qalyano dünya şöhrətli Çet Beyker, Edi Luis, Ron Karter, Vinton Marsalis, Çarli Aden, Qeri Berton və digər caz musiqisi ifaçıları ilə əməkdaşlıq edib. O, iki dəfə "Victoire de la Musique Jazz" (1997, 1998), "İncəsənət və ədəbiyyat üzrə Zabit Ordeni", “Victoire de la Musique Classique” (2014), həmçinin SACEM mükafatlarına layiq görülüb. Musiqiçinin dahi alman bəstəkarı İohann Sebastyan Baxın musiqilərinə həsr olunmuş albomu nüfuzlu “Deutsche Grammophon” studiyasında işıq üzü görüb.

Tarix
2017.10.25 / 19:07
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

ŞƏT üçün vacib arteriyalardan biri məhz Bakıdır

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla