Yuxarı

Rafiq Hüseynov: Taleyimin sarı simləri... – Axar TV

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rafiq Hüseynov: Taleyimin sarı simləri... –

Rafiq Hüseynov 1946-cı il avqustun 4-də Şuşada doğulsa da, ömrünü paytaxt Bakıda – İçərişəhərdə keçirib. Uşaqlığı maraqlı xatirələrlə doludur: Şuşadan İçərişəhərə... Yəni o qaladan bu qalaya... Adının qabağına xalq artisti, məşhur diktor, gözəl ifaçı yazmaq da olar, amma Rafiq Hüseynov o kəslərdəndir ki, bircə adı belə tituldur.

Atası öləndə Rafiqin 15, bacısı Rəfiqənin 17 yaşı var idi. Çətin günlər başlamışdı: işsiz ana, iki yeniyetmə övlad...

İradəli ana həyat yoldaşını itirəndən sonra pedaqoji fəaliyyətinə davam edir. Rafiqi işləməyə qoymur. Uşaqları oxusun deyə, yorulmadan, gecə-gündüz işləyir.

Rafiq Hüseynov eyni zamanda tar məktəbində də oxuyurdu. Televizora ilk dəfə tarzən kimi musiqi məktəbi şagirdlərinin konsertində çıxıb. “Çahargah” çaldığı yerdə tarın sarı simi qırılıb. Rafiq Hüseynov o hadisə haqqında belə deyir:

“Orda vəziyyətdən çıxdım, amma heç ağlıma da gəlməzdi ki, bu, bir işarədir, sonradan ekran taleyimdə çox qırılacaq sarı simlər dəfələrlə təkrar olunacaq”.

Bir dəfə kinoya da dəvət ediblər onu, “Ögey ana” filminə. Ceyhun Mirzəyevlə bir sinifdə oxuyub, rejissor Ceyhunu seçəndə onu da seçib kino üçün, amma atası icazə verməyib.

Hərbi xidmət vaxtı çatanda gənc Rafiq təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üz-üzə qalır. Həmin vaxt bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə birbaşa kadrlar şöbəsinə gedib. Soruşublar ki, niyə televiziyada işləmək istəyirsən? O da məcbur olub işin xatirinə yalan danışıb, deyib ki, çoxdankı arzumdur, bu işi çox sevirəm, taleyimi televiziya ilə bağlamaq istəyirəm.

Rafiq Hüseynov xalq artisti olandan sonra bu xatirə haqda danışıb: “Bu yalanı o qədər məharətlə danışdım ki, sonradan həqiqətə çevrildi”.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2017.11.01 / 09:13
Müəllif
Ülkər, Ömər
Digər xəbərlər

ŞƏT üçün vacib arteriyalardan biri məhz Bakıdır

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla