Yuxarı

İfaları ilə gündəm yaradan müəllim və şagirddən - Açıqlama

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
İfaları ilə gündəm yaradan müəllim və şagirddən - Açıqlama

Səsi ilə sosial şəbəkələrdə adından söz açdıran 14 yaşlı Kamal Mustafayev musiqi məktəbində xanəndəlik üzrə 5-ci sinifdə oxuyur.

Kult.az Xəzər xəbər-ə istinadən bildirir ki, Ağdamdan məcburi köçkün olan Kamal hazırda ailəsi ilə birlikdə Müşfiqabad qəsəbəsində məskunlaşıb.

O deyir ki, gününün yarısını orta məktəbdə, qalan hissəsini isə Ağdam rayon Gülablı kənd musiqi məktəbində keçirir. Sosial şəbəkələrdə videosuna yazılan xoş sözlər kiçik istedadı daha da həvəsləndirib. Kamalın yaşı az olsa da, o, gələcək həyatı ilə bağlı qərarı indidən verib. O, peşəkar xanəndə olmaq arzusundadır.

Kamalın müəllimi Habil Məmmədov şagirdi ilə fəxr etdiyini deyir. O, 7 ildir ki, kiçik sinif otağında böyük həvəslə xanəndəliyin sirlərini şagirdlərinə öyrədir.

Musiqi məktəbindəki yaradıcı mühitdən bəhrələnən təkcə Kamal deyil. Burda onun kimi istedadlı şagirdlər çoxdur.

Musiqinin sehrinə düşmüş bu balaların gələcəyini düşünmək, görüşün təəssüratını optimist bir şəkildə nöqtələməyə kifayət edir.

Tarix
2017.12.02 / 00:27
Müəllif
Kult.az
Digər xəbərlər

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

Ermənistandan Rusiyaya qarşı sensasion addım

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla