Yuxarı

Luiza Sello Bakıda konsert verdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Luiza Sello Bakıda konsert verdi

Dekabrın 29-da Beynəlxalq Muğam Mərkəzində italiyalı musiqiçi Luiza Sellonun Yeni il münasibətilə konsert proqramı təşkil olunub.

Kult.az xəbər verir ki, konsert Beynəlxalq Muğam Mərkəzi və “United Cultures”in təşkilatçılığı, İtaliyanın Mədəniyyət Nazirliyinin dəstəyi və Friulia-Venezia-Giuliya regionunun tərəfdaşlığı ilə reallaşıb.

Konsertdə tanınmış klassik musiqi bəstəkarları - Cakino Rossini, Jorj Bize və V.A.Mosartın kompozisiyaları, həm də müasir dövrün bəstəkarlarından Ennio Marikone və Valter Silviottinin musiqiləri səsləndirilib.

Luiza Sello Stefano Muskaritolo və Kəmalə Əlizadənin məhz bu konsert üçün bəstələdikləri musiqi parçalarını azərbaycanlı musiqiçilərlə birlikdə ifa edib. Kompozisiyalardan biri azərbaycanlı kontr-tenor İlham Nəzərov tərəfindən ifa olunub.

Konsertdə Luisa Sello tarzən Sahib Paşayevlə birlikdə Kəmala Əlizadə və Stefano Muskaritolo tərəfindən tərtib olunmuş, xüsusi İtaliya və Azərbaycan etnik ənənələrini özündə əks etdirən parçalardan ibarət musiqi sintezini də təqdim edib.

Tamaşaçılar italiyalı musiqiçi Luiza Sellonun çıxışını alqışlarla qarşılayıblar.

Tarix
2017.12.29 / 20:11
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla