Yuxarı

"Məni anım günümdə deyil, ad günümdə xatırlayın"

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Məni anım günümdə deyil, ad günümdə xatırlayın"

Bu gün Türkiyənin məşhur rok, pop və müasir türk sənətçisi, televiziya aparıcısı Barış Mançonun doğum günüdür.

Kult.az xatırladır ki, o, 1943-cü ildə İstanbulda dünyaya gəlib, 1999-cu ildə elə orada vəfat edib. Türkiyədə rok musiqinin qabaqcıllarından sayılan sənətçi musiqiyə "Qalatasaray" liseyində başlayıb.

Ali təhsilini Belçikada alan Manço 200-dən çox bəstənin müəllifidir. Bu mahnıların bir hissəsi sonralar ərəb, bolqar, alman, fransız, yapon, yunan və bir sıra dillərə tərcümə olunaraq ifa edilib. Milyonlarla insanın qardaşı olan Barış Mançonun “Dünəndən bugünə”(1972) (Sayan), “Yeni bir gün” (1979) (Yavuz və Burç Plakçılık), “20 sənət ili Disko Manço” (1980) (Türküola), “Dəyməsin yağlı boya” (1986) (Plakçılık) və s. albomları çıxıb.

Yazdığı vəsiyyətində ifaçı öldüyü gündə deyil, doğum günündə xatırlanmasını istəyib.

O, vəfat etməzdən öncə ömrünün 40 ilinə həsr etdiyi “40-cı il” mahnısını bəstələyib, lakin sözlərini yaza bilməyib. Bu mahnının da yer aldığı “Mançoloji” albomu 1999-cu ildə yayımlanıb və 2.6 milyon satılaraq rekord qırıb.

Tarix
2018.01.02 / 12:32
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla