Yuxarı

Qəbələdə 12-ci beynəlxalq musiqi festivalı başladı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə 12-ci beynəlxalq musiqi festivalı başladı

Qəbələ şəhərində 12-ci Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalına start verilib.

APA-nın xəbərinə görə, “Gilan Holdinq”in təşkilatçılığı ilə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzi, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi və “Qafqaz Resorte” otelində keçiriləcək festivalın proqramı çox zəngindir.

İlk öncə “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində festival iştirakçıları üçün “Safari” səhra velosipedi idman növü üzrə yarış keçirilib. Kişi, qadın və uşaqların iştirak etdiyi yarışda ilk 3 yeri tutan iştirakçılara hədiyyələr verilib.

Ukraynanın CİTA turizm şirkətinin direktoru Radomir Lisak bildirib ki, rəhbərlik etdiyi şirkət tərəfindən hər il turistlər üçün müxtəlif ölkələrə maraqlı və musiqili-əyləncəli səfərlər təşkil edilir. Şirkətin xətti ilə Qəbələyə Ukrayna, Belarus və Avropa ölkələrindən 1000-dən çox turist gəlib. Onların Qəbələnin “Qafqaz” brendli beşulduzlu otellərində yerləşdirilib. İstirahət üçün Qəbələyə ailəvi gələn turistlər yanvarın 11-dək davam edəcək festival çərçivəsində idman və əyləncəli proqramlar, intellektual oyunlar, axşam isə konsertlər, məzəli-əyləncəli proqramlarda iştirak edəcəklər. Bundan əlavə, festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər nəzərdə tutulub.

R. Lisak bildirib ki, turistlər Qəbələnin tarixi məkanları, görməli yerləri ilə tanış olmaq imkanı əldə edəcəklər. O, belə səfərlərin keçirilməsində əsas məqsədin Qəbələnin turizm imkanlarının xarici turistlərə təqdim edilməsi olduğunu bildirib. R. Lisak qeyd edib ki, festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və “Noçnıye Snayperı” qrupu, Vladimir Zelenski, Natalya Moqilyovskaya və “Kvartal 95” yumor qrupu olacaq.

Qeyd edək ki, 2009-cu ildən keçirilən bu festival ilk dəfə Yunanıstanda, növbəti illərdə isə İordaniya, BƏƏ, Türkiyə və Ukraynada təşkil edilib. Bu illər ərzində festivalın iştirakçıları arasında Valeri Meladze, Ani Lorak, “Noçnıye Snayperı”, Diana Arbenina kimi tanınmış ifaçılar olub. Festivalın təşkilatçıları aktiv istirahət etməyi sevənlər üçün bir həftə ərzində müxtəlif əyləncə proqramlar hazırlayıblar. Festival bu günədək 15 000 iştirakçı üçün müxtəlif əyləncə proqramları təşkil edib.

Tarix
2018.01.05 / 13:12
Müəllif
Kult.az
Digər xəbərlər

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

Ermənistandan Rusiyaya qarşı sensasion addım

AB və İrəvan arasında sazişin Bakı ilə bağlı bəndi

Prezident Martin Çunqonqu qəbul etdi - Foto

Kaya Kallas Azərbaycandadır

Bakı ilə sülh sazişindən sonra bu sənədlər imzalanmalıdır

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla