Yuxarı

Qəbələdə turistlər üçün mədəniyyət gecəsi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəbələdə turistlər üçün mədəniyyət gecəsi

Qəbələdə XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalının əcnəbi iştirakçıları üçün Azərbaycan mədəniyyət gecəsi təşkil olunub.

Kult.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində keçirilən mərasimdə Azərbaycan və Ukrayna arasında mədəni və turizm əlaqələrinin əhəmiyyətindən danışılıb. Tədbirdə Azərbaycanın beynəlxalq arenada əldə etdiyi nailiyyətlər barədə məlumat verilib, sürətlə inkişaf edən ölkəmizin dünyada tolerantlığın və multikulturalizmin mərkəzi kimi tanındığı vurğulanıb. Ölkəmizə turist axınının ildən-ilə artmasının diqqətə çatdırıldığı tədbirdə xalqımızın qədim tarixə və mədəniyyətə malik olduğu qeyd edilib.

Ukrayna, Rusiya, Belarus və digər Avropa ölkələrindən gələn yüzlərlə turistə monitor vasitəsilə xalqımızın qədim tarixi, musiqi mədəniyyəti, milli mətbəxi və turizm imkanları təqdim olunub. Festival iştirakçıları Heydər Əliyev Konqres Mərkəzinin foyesində istedadlı gənclərin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Mədəniyyət gecəsi yerli musiqiçilərin konserti ilə davam edib. Dinləyicilərə Azərbaycan musiqiləri təqdim olunub, milli musiqi alətlərimiz - tar, kamança, qavalda bir sıra ifalar səsləndirilib, Azərbaycan rəqsləri nümayiş etdirilib. Nağaraçıların çıxışı, “Cəngi”, “İgidlər” rəqsləri və “Azərbaycan” mahnısının ifası alqışlarla qarşılanıb.

Sonra əcnəbi qonaqlar “Qafqaz Riverside” otelində milli mətbəximizin ləziz yeməklərindən dadıblar.

Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinin və turizminin dünyada tanıdılması üçün belə festivalların böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.

“Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı yanvarın 10-da başa çatacaq. Tədbirin proqramına uyğun olaraq, yanvarın 9-da Vaxtanq Kikabidzenin, bir gün sonra isə Diana Arbeninanın iştirakı ilə “Noçnie Snayperi” qrupunun konsertləri olacaq.

Tarix
2018.01.09 / 00:01
Müəllif
Kult.az
Digər xəbərlər

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla