Yuxarı

Dünyaya səs salan Qəbələ festivalı: Kikabidze səhnədə

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir. Artıq 5 gündür ki, Qəbələ festivalı dünyaya səs salıb və burada MDB ölkələrindən olan tanınmış müğənnilərin, gülüş ustalarının iştirakı ilə keçirilən rəngarəng konsertlər insanları öz sehrinə qərq edir. Bu festivala yerli tamaşaçılarla yanaşı, xarici turistlər də böyük maraq göstərir.

Kult.az xəbər verir ki, festivalın proqramına uyğun olaraq Ukrayna, Belarus, Rusiya və Avropa ölkələrindən gələn yüzlərlə turist, eləcə də yerli qonaqlar üçün Gürcüstanın Xalq Artisti, görkəmli kino aktyoru və müğənni Vaxtanq Kikabidzenin solo konserti olub. Yanvarın 9-da Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdən əvvəl Qəbələnin gözəlliyindən söz açan ifaçı yerli və xarici tamaşaçılar qarşısında çıxışdan qürur duyduğunu bildirib. Vaxtanq Kikabidze ecazkar səsi və mahnıları ilə yenidən qəlbləri fəth edib. O, yaradıcılığının müxtəlif dövrlərinə aid mahnıları tamaşaçılara onların tarixçələrini danışaraq təqdim edib. Şux zarafatlar, məzəli söhbətlərlə zalda şən ovqat yaradan ifaçının çıxışı alqışlarla qarşılanıb. Sənətçi ən populyar mahnılarını rus dilində ifa edib.

V. Kikabidzenin tamaşaçılara təqdim etdiyi repertuarda onun məşhur “Mənim illərim-mənim sərvətim”, “Mimino” filmindəki mahnıları da olub. Canlı əfsanə, məşhur “Çitto Qritto” mahnısının ifaçısı Vaxtanq Kikabidze konsertdə təqdim etdiyi yeni mahnıları ilə də pərəstişkarlarını sevindirib. Bakıda 2 dəfə konsert verdiyini deyən tanınmış ifaçı Qəbələyə ilk dəfə gəldiyini, buranın gözəlliyinə və insanların xeyirxahlığına valeh olduğunu, Azərbaycanı çox sevdiyini bildirib. Konsertin sonunda tamaşaçı alqışları ilə yenidən səhnəyə qayıdan V.Kikabidze proqramı Azərbaycan xalq mahnısı “Bəri bax”ın da daxil edildiyi “Qafqaz popurisi” ilə sona çatdırıb. O, tamaşaçıları yeni il münasibətilə təbrik edib, onlara sevgi və səadət arzulayib.

Sonra tanınmış gürcü müğənnisi Nutse Buzaladze Azərbaycan, rus, ingilis, gürcü və türk dillərində mahnılar oxuyub. O, tamaşaçılar qarşısında Xalq Artisti Polad Bülbüloğlunun oxuduğu “Şən Azərbaycan” mahnısını ifa edib. Sonra Gürcüstanın “Mqzavrebi” musiqi qrupunun çıxışı olub.

Qeyd edək ki, “Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı yanvarın 10-da Diana Arbeninanın iştirakı ilə “Nocnie Snayperi” qrupunun konserti ilə başa çatacaq.

Tarix
2018.01.10 / 00:54
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla