Yuxarı

Rusiyalı musiqiçi üzr istədi, Bakı razı qaldı...

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı musiqiçi üzr istədi, Bakı razı qaldı...

Rusiya Federasiyasının vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Dmitri Uvarov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Kult.az verilən məlumatda bildirilib ki, məktubunda Dmitri Uvarov 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, bu səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıb.

Dmitri Uvarov Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini bildirib, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

O, münaqişə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20 mindən artıq insanın həlak olduğunu qeyd edib.

Dmitri Uvarov, həmçinin “Sülh naminə musiqi” layihəsinin Bakıya, xüsusilə Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.

Dmitri Uvarovun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Tarix
2018.02.14 / 15:25
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - Video

Avropa Siyasi Birliyi siyasi əlaqələndirmə platformasıdır

Kremldə Putinin “faktiki həbsi”nə qərar verildi

Hörmüz blokadası Azərbaycanı qalib etdi - Almaniya KİV

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla