Yuxarı

Hər gün milyonlarla mahnı smartfonunuzda

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər gün milyonlarla mahnı smartfonunuzda

Ölkənin lider mobil operatoru “Azərsell Telekom” özünün Azərsell Plus xidmətləri çərçivəsində musiqisevərlər üçün Azərsell Plus Musiqi xidmətini yenidən təkmilləşdirərək abunəçilərinin istifadəsinə təqdim edib.

Kult.az xəbər verir ki, artıq “Azərsell” abunəçiləri xidmətini aylıq yox, günlük sifariş edə, 28 000 000 mahnı dinləyə, eləcə də, öz fərdi musiqi siyahılarını yarada bilərlər.

Xidmətə qoşulmaq üçün*701#YES kodunu yığmaq və SMS ilə gələn mobil əlavəni yükləmək kifayətdir ki, bu zaman abunəçi 7 gün ərzində Premium xidmətindən pulsuz istifadə imkanı qazanır. Azərsell Plus Musiqi xidməti Google Play və AppStore sistemlərində Zvooq xidməti tərəfindən təmin olunur. Qeyd edək ki, xidmətin günlük abunə haqqı 0,25 qəpik təşkil edir. Zvooq xidməti abünəçinin istifadə etdiyi internet paketin trafikindən hesablanacaq.

Azərsell Plus ilə qoşulmağın bir çox üstünlükləri var. Bunlar arasında xidmətdən günlük istifadə etmək imkanı, bu isə mobil xərclərə qənaət deməkdir, "Azərsell" Müştəri Xidmətləri tərəfindən 24/7 tam dəstək, kartsız ödəniş imkanı və s.

Qeyd etmək lazımdır ki, Azərsell Plus Musiqi xidmətində istənilən zövqə, əhval-ruhiyyəyə, eləcə də janrlara uyğun olan müxtəlif musiqi siyahıları cəmlənib. Bu xidmətin köməyilə abunəçilər öz zövqlərinə uyğun musiqi siyahılarını yükləyib sonradan onları istənilən qədər offlayn rejimdə dinləyə bilərlər.

Abunəçilər Azərsell Telekom MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəsindən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi - SimSim abunəçiləri (012) 4904949/2002, Fakturalı xətt abunəçiləri (012) 4905252/6565, E-poçt: [email protected]; [email protected], o cümlədən onlayn müştəri xidmətləri) müraciət etməklə almaq imkanına malikdirlər.

Tarix
2018.02.22 / 14:15
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanlı ekspertlər İrəvanda beynəlxalq konfransında…

İlham Əliyevin İrəvandakı sammitdə iştirakı... - Koşta

Azərbaycan siyasətini dəqiq strategiya ilə qurur

Əliyev İrəvan çıxışında təsdiqlədi: "Plan" məhv edilib!

Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım etdi - Video

Avropa Siyasi Birliyi siyasi əlaqələndirmə platformasıdır

Kremldə Putinin “faktiki həbsi”nə qərar verildi

Hörmüz blokadası Azərbaycanı qalib etdi - Almaniya KİV

Ermənistanla münasibətləri də müzakirə etdik - Meloni

Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla