Yuxarı

Rusiyanın Birinci kanalında Maqomayev günü

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Birinci kanalında Maqomayev günü

Rusiyanın Birinci televiziya kanalı şənbə efirində SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsinə xüsusi yer ayırıb.

Axar.az xəbər verir ki, martın 4-də Rusiyanın ən baxımlı televiziya kanalı “Müslüm Maqomayev. Sənsiz günəş yoxdur” sənədli filmini və dahi sənətkarın 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunmuş böyük konsert proqramının lent yazısını tamaşaçılara təqdim edib.

Məşhur “Bu gün axşam” verilişinin növbəti buraxılışı da görkəmli həmyerlimizə həsr olunmuşdu. Yuliya Menşovanın aparıcısı olduğu verilişdə Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya, TASS İnforormasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, müğənni Emin Ağalarov, Rusiyanın Xalq Artisti Gennadi Xazanov və başqaları iştirak ediblər.

Verilişdə Müslüm Maqomayevin qızı, hazırda ABŞ-da yaşayan Marina Maqomayeva oğlu və həyat yoldaşı ilə birlikdə videobağlantı vasitəsilə atası barədə xatirələrini bölüşüb. Müslüm Maqomayevin uşaqlıq dostu, rejissor Oqtay Mirqasımov müğənninin Bakıda yaşadığı binanın həyətində olub, birlikdə keçirdikləri uşaqlıq və gənclik illərindən söhbət açıb.

Birinci kanalın studiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Müslüm Maqomayev sənətinə və şəxsiyyətinə diqqət və qayğısı da qeyd edilib.

Tarix
2018.03.05 / 02:20
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla