Yuxarı

Xalq artistinin son arzusu: Mən öləndə... - Axar TV

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artistinin son arzusu: Mən öləndə... -

“Allah məndən nəyi alır alsın... bir gözlərim, bir də pianomdan başqa...”deyirdi xalq artisti Şəfiqə Axundova.

1924-cü ildə Şəki şəhərində anadan olan Şəfiqə Axundova Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs alıb. Üzeyir bəy elə ilk vaxtlardan onun istedadını yüksək qiymətləndirib.

Şəfiqə xanım ömrünün 70 ilini Azərbaycan mədəniyyətinə həsr edib. O, 1972-ci ildə yazdığı “Gəlin qayası” operası iləŞərqdə opera yaradan ilk qadın bəstəkar kimi tarixə düşüb.

O, Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova, İslam Rzayev, Gülağa Məmmədov kimi gözəl sənətkarlarla işləyib. Bəstəkar“Ev bizim, sirr bizim” operettasının, “Aydın”, “Əlvida Hindistan!”, “Nə üçün yaşayırsan?”və s. tamaşaların, “Təlxəyin nağılı”, “Dovşanın ad günü” və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.

Bütün həyatını, cavanlığını, gözəlliyini sənətə həsr edən Şəfiqə xanım yeganə övladı olan Talehi dünyalar qədər sevirdi. Taleh də anası kimi gözəl musiqilər bəstələyib və eyni zamanda, virtuoz pianoçu kimi fəaliyyət göstərib. Lakin Taleh ağır xəstə idi. Övladının ağır xəstəliyi Şəfiqə xanımı çox sarsıtmışdı.Bəstəkarı yatağa salan da elə oğlunun ölümü oldu.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2018.03.16 / 09:25
Müəllif
Ülkər Həsənova
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla