Yuxarı

Türk sənətçilərdən Pərvinə "Kor ərəb" dəstəyi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk sənətçilərdən Pərvinə "Kor ərəb" dəstəyi - Video

“O səs Türkiyə” mahnı müsabiqəsində iştirak etmiş azərbaycanlı çoban Pərvin Səfərovun səsləndirdiyi “Kor ərəbin mahnısı” türkiyəli sənətçilər tərəfindən çox bəyənilib.

Kult.az xəbər verir ki, “Eşkiya dünyaya hökmdar olmaz” serialının musiqiçilərindən olan Ləvənd Günəş P.Səfərovun ifasını şəxsi İnstaqram hesabında paylaşıb. Sənətçi paylaşıma həmin serialda İlyas obrazını canlandıran aktyor Ozan Akbabanın adını qeyd edib. O.Akbaba paylaşıma şərh yazaraq, həmyerlimizin ifasını çox bəyəndiyini söyləyib və ona təşəkkür edib:

“Qardaşımın sayəsində səni tanıdıq, səmimi qəlbdən, düzgün formada oxuyursan. Səsinə, könlünə sağlıq. Yolların gözəl olsun”.

Pərvin Səfərov da onların bu jestinə cavab olaraq “Sağ olun, var olun. Sizin istəyinizlə səsləndirdim. Ümid edirəm, öhdəsindən gələ bilmişəm” yazıb.

Qeyd edək ki, Pərvin Səfərov bir müddət əvvəl sosial şəbəkələrdə yayılan ifasından sonra məşhurlaşmış və “O səs Türkiyə” mahnı müsabiqəsinə dəvət almışdı.

Tarix
2018.03.28 / 11:37
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla